Bakıda metroya ziyan vuran Fransa vətəndaşının şikayəti təmin olunmayıb
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda metrounun deposuna gizli daxil olaraq bir neçə vaqonu rəngləməkdə ittiham olunan Fransa vətəndaşı Clerk Teqo Hüqonun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlininin sədrliyi ilə keçirilən prosesdə onun şikayəti təmin olunmayıb.
İttihama görə, araşdırmalarla Fransa vətəndaşı Clerk Theqo Hüqo, Yeni Zelandiya vətəndaşı De-Saint Quentin İsmael və Avstraliya vətəndaşı Han Paulun 2024-cü il martın 30-da gecə saatlarında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə məxsus depoya qanunsuz daxil olaraq qəsdən dövlət əmlakına ziyan vurmalarına dair şübhələr müəyyən edilib.
Onun əməlində cinayət tərkibi yarandığından Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində fakta görə başlanmış cinayət işi üzrə Fransanın vətəndaşı Clerc Theqo Hüqo məhkəmənin həbs, digərləri barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirləri seçilib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Clerk Theqo Hüqo 3 il müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslər 6 min 800 manat cərimə cəzasına məhkum olunub. Onların zərərçəkmiş quruma vurduqları ziyan tam ödətdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 16 Dekabr 2024 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















