Bakıda müəlliməsini güllələməkdə təqsirli bilinən şagird həbs olunub
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda müəlliməsini güllələməkdə təqsirli bilinən şagird barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Newscenter.az-ın məlumatına görə, bu barədə Binəqədi Rayon Məhkəməsində qərar qəbul olunub.
Ona Cinayət Məcəlləsinin 29, 120.1 (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, hadisə ötən gün paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib. Belə ki, liseyin 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə müəlliməsinə xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb, cinayət işi açılıb.
Baxış sayı:162
Bu xəbər 07 Fevral 2026 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















