Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Bakıda mühüm tədbir...

Bakıda mühüm tədbir...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçirilib

Fevralın 19-da Azərbaycanın sədrliyi ilə Milli Məclisin inzibati binasında Asiya Parlament Assambleyasının (APA) “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu”  mövzusuna həsr edilmiş 15-ci plenar sessiyasının açılış mərasimi keçirilib. 35 nümayəndə heyətinin, o cümlədən, ümumilikdə 280 nəfərə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə bir sıra məsələlər müzakirə olunub. APA Asiya parlamentlərini birləşdirən mühüm parlament diplomatiyası platforması olmaqla yanaşı, bu cür tədbirlər həm də üzv ölkələrin qanunverici orqanları arasında müzakirələrin və dialoqun inkişafına xidmət edir.

Açılış mərasimində çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bir il əvvəl, Azərbaycan parlamenti Asiya Parlament Assambleyasına sədrliyi öz üzərinə götürüb. “Sədrliyimiz çərçivəsində birgə fəaliyyətimizin daha da gücləndirilməsi üçün APA-nın institusional potensialının inkişaf etdirilməsi, üzvlük sıralarımızın genişləndirilməsi, mövcud qurumların fəaliyyətinin canlandırılması və səmərəliliyinin artırılması kimi bir sıra prioritetlər irəli sürdük”,- deyə spiker qeyd edib. S.Qafarova əlavə edib ki, ötən ilin digər bir nailiyyəti APA Bürosunun iclaslarının aktivləşdirilməsi olub.

Spiker diqqətə çatdırıb ki, beynəlxalq siyasətdəki vəziyyəti və dünyada mövcud durumu nəzərə alsaq, çoxtərəfli əməkdaşlıq məsələsi heç vaxt bu gün olduğu qədər vacib olmayıb.  Onun sözlərinə görə, dünyamızın qarşılaşdığı humanitar böhranlar, münaqişələr, yoxsulluq, iqlim dəyişikliyi, ayrı-seçkiliyin, irqçiliyin, ksenofobiyanın və islamofobiyanın artması kimi problemlər və onlarla necə mübarizə aparmaq məsələsi qaçılmaz şəkildə müasir beynəlxalq münasibətlər sisteminin səmərəliliyi məsələsini ön plana çıxarır. Təəssüf ki, bu gün dünya daha parçalanmış və daha az dinc hala gəlib. Və bir çoxları çoxtərəfli mexanizmlərin səmərəsizliyi barədə müzakirələr aparır.

S.Qafarova deyib ki, beynəlxalq hüququn bütün norma və prinsiplərinə, eləcə də beynəlxalq təşkilatların qətnamə və qərarlarına baxmayaraq, beynəlxalq səviyyədə tanınmış əraziləri 30 il ərzində qonşu Ermənistan tərəfindən işğal altında saxlanılmış Azərbaycan, təəssüf ki, bugünkü sistemin səmərəsizliyinin əsas qurbanlarından biri olub: “Ölkəmiz öz torpaqlarını azad edərək, ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə bütün bu norma, prinsip və qətnamələri təkbaşına həyata keçirib. Buna görə də, bu məsələnin nə qədər təcili və vacib olduğunu çox yaxşı anlayırıq. Aydın məsələdir ki, bu mənfi tendensiyanı aradan qaldırmağın və dünyada sülh, sabitlik və rifahı təmin etməyin ən etibarlı yolu çoxtərəfli sistemi gücləndirməkdir. Elə bir sistem ki, burada bütün ölkələr qaydalara hörmət edir, bir-birini kollektiv və qanuni mexanizmlərlə məsuliyyətə cəlb edir, bir-birinə dəstək göstərir və bir dövlətin maraqlarını digərindən üstün tutan birtərəfli yanaşmaları rədd edir”. 

Milli Məclisin sədri çıxışının sonunda birgə səylərlə Asiya Parlament Assambleyasının potensialının tam şəkildə açılacağına, onun effektivliyinin maksimum dərəcədə artacağına inamını ifadə edib.

Asiya Parlament Assambleyasının  Baş katibi Mohammad Reza Majidi isə çıxışında bildirib ki, Azərbaycan bu təşkilata  sədrliyi üzərinə götürməklə güclü əməkdaşlıq nümunəsi nümayiş etdirdi. Assambleya qarşıda duran proqramları Azərbaycanın sədrliyi ilə tam yerinə yetirib.

“Bu dünyada millətlər, dövlətlər müxtəlif çağırışlarla üzləşir. Parlament diplomatiyası daha da gücləndirilməlidir ki, beynəlxalq sülhün və təhlükəsizliyin dağılmasının qarşısını ala bilək. Bu gün parlament üzvləri kimi əlimizdən gələni etməliyik”, - deyə Baş katib qeyd edib.

İndoneziya Nümayəndələr Palatasının sədri, xanım Puan Maharani isə deyib ki, növbəti 25 il Asiya əsrini reallaşdırmaq, dinc bir Asiya yaratmaq üçün həlledici dövr olacaq: “Hazırkı dövr dünyanın çoxqütblülüyünün artması ilə xarakterizə olunur. Çoxqütblülük bütün ölkələr üçün daha həlledici fürsət verməlidir. Amma, eyni zamanda, bu, qeyri-sabitliyə də səbəb ola bilər. Böyük qeyri-müəyyənliyi azaltmaq üçün beynəlxalq hüquqa əsaslanan daha güclü çoxtərəfli yanaşmaya da ehtiyacımız var”.

Çıxış edən İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf qeyd edib ki, dünya dərin və çoxşaxəli dəyişikliklər dövrünü yaşayır: “Bu proseslər beynəlxalq siyasətə, iqtisadi sistemlərə və ictimai nizamın formalaşmasına ciddi təsir göstərir. Dünya əhalisinin təxminən 60 faizinin yaşadığı Asiya qitəsi qədim sivilizasiyaların beşiyi olmaqla yanaşı, müxtəlif xalqların tarixini, dilini, mədəniyyətini və ənənələrini özündə birləşdirən unikal resurslara malikdir. Bu zənginlik Asiyanın qlobal və regional problemlərin həllindəki rolunu daha da artırır”.

Onun sözlərinə görə, regional münaqişələr, terror təhdidləri, pandemiyalar, iqlim dəyişikliyi, qeyri-qanuni fəaliyyətlər və hegemonluq siyasəti təkcə lokal deyil, qlobal sabitlik üçün də ciddi təhlükə yaradır: “Belə bir şəraitdə çoxtərəfli diplomatiya və beynəlxalq əməkdaşlıq zərurətə çevrilir. İnsan hüquqlarını qorumaq, hər bir fərdin səsinin eşidilməsini təmin etmək üçün qətiyyətli mövqe sərgiləməliyik”.

Bəhreyn Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh isə çıxışında deyib ki, Asiya Parlament Assambleyası  region dövlətlərinin maraqlarına xidmət edən bir platforma kimi mühüm rol oynayır. O, müasir dünyada çoxqütblü yanaşmaların, ədalətli maraqlar balansının və xalqların suveren hüquqlarına hörmətin zəruriliyini qeyd edib: “Hegemon qüvvələrin müdaxilələrinin qarşısının alınması vacib amildir. Asiya Parlament Assambleyası diplomatiya, iqtisadi və sosial sahələrdə müsbət dialoqu təşviq edən bir qurumdur, bu istiqamətdə mühüm rol oynayır”.

Bəhreyn Krallığının Asiya Parlament Assambleyasının fəaliyyətinə verdiyi töhfələrdən danışan Şura sədri ölkəsinin bu təşkilatın işində fəal iştirak etdiyini və onun beynəlxalq arenada mövqeyinin gücləndirilməsinə sadiq qaldığını bildirib. O, Bəhreyn Krallığının Asiya Parlament Assambleyasının sədrliyinə namizədliyini irəli sürdüyünü elan edərək, təşkilatın üzvlərinin etimadını və dəstəyini qazanmağa ümidvar olduğunu deyib.

Çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü Abdulkadir Emin Önen Asiyanın Qərbdən Şərqə və Cənubdan Şimala uzanan zəngin mədəni müxtəlifliyinə diqqət çəkərək bildirib ki, qitə bəşəriyyətin ən böyük və qədim yurdu olsa da, bəzi problemlər səbəbindən potensialını tam reallaşdıra bilmir. Onun sözlərinə görə, Asiyanın mövcud zənginliyini firavanlığa çevirmək üçün birgə fəaliyyət zəruridir. Əməkdaşlıq və həmrəylik sayəsində daha yüksək inkişaf səviyyəsinə çatmaq mümkündür. Bu məqsədlə, çoxölçülü və təkmil əməkdaşlıq mexanizmlərinin qurulmasına ehtiyac var.

Abdulkadir Emin Önen qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının ədalətli və davamlı nəticə verməsi təkcə bu iki ölkə üçün deyil, bütün regionda sabitliyin və rifahın gücləndirilməsi baxımından önəmlidir. O, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və bundan sonra da dəstəyini davam etdirəcəyini vurğulayıb.

Milli Məclisin Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev isə çıxışında söyləyib ki, İran İslam Respublikası və Bəhreyn Krallığı təşkilata 2026-2027-ci illərdə sədrlik  üçün namizədliklərini təqdim ediblər: “İcraçı Katiblik və Asiya Parlament Assambleyası  rəhbərliyi tərəfindən bu namizədliklər təsdiqlənib. Razılaşmaya əsasən, Bəhreyn Krallığı 2026-cı ilə qədər APA-ya rəhbərlik edəcək, İran İslam Respublikası isə 2027-2028-ci illərdə bu vəzifəni vəzifəsini icra edəcək. İran, eyni zamanda, APA-nın Daimi Komitəsində vitse-prezident kimi fəaliyyət göstərəcək”.

Tədbirdə digər ölkələrin nümayəndələri də çıxış ediblər. Eləcə də, bir sıra qərarlar qəbul olunub. Oman Sultanlığı Asiya Parlament Assambleyasına tamhüquqlu üzv qəbul edilib. İclasda, eyni zamanda, Belarus Respublikasının müşahidəçi statusu barədə məsələ təsdiqlənib.

Nardar BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Fevral 2025 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see643

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see342

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see325

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see236

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see233

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see232

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see231

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see224

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see220

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see216

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see216

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see216

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see215

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see214

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see212

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see210

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see210

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see209

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see208

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri