Bakıda NATO nun təlim kursu keçirilir
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2026-cı il üçün “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na əsasən, Bakıda NATO Quru Qoşunları Komandanlığının Mobil Təlim Qrupu tərəfindən kurs keçirilir.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, hərbi qulluqçulara NATO-nun Mobil Təlim Qrupu tərəfindən “NATO-da təlim planlaşdırılması”, “NATO standartlarında təlimlərin aparılması, məqsədlərin seçilməsi” və digər mövzularda brifinqlər təqdim edildikdən sonra qrup və fərdi şəkildə məşğələlər təşkil olunub.
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərbi İdarəetmə Kursunun dinləyicilərinin cəlb olunduğu kursun əsas məqsədi hərbi qulluqçuların nəzəri və praktiki biliklərinin dövrün tələblərinə uyğun artırılması, müasir texnoloji həll üsul və vasitələrinin tətbiqinin tədris edilməsi, həmçinin iştirakçılara bu sahədə NATO standartları və prosedurlarının öyrədilməsidir.
Qeyd edək ki, kurs iyulun 2-dək davam edəcək.
Baxış sayı:133
Bu xəbər 01 İyul 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















