Bakıda piyadanı vuran sərnişin avtobusunun sürücüsünə cəza verildi
Icma.az bildirir, Pravda.az portalına istinadən.
Xəzər Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən İslam Quliyevin (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2024-cü ilin oktyabr ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.
Belə ki, təqsirləndirilən İslam Quliyev yol vərəqəsi ilə idarə etdiyi “İsuzu-Saz” Ecobus markalı 112 nömrəli xətt avtobusu ilə hərəkət edərkən yolun sol tərəfindən sağa doğru keçən piyada 1956-ci il təvəllüdlü Rzayeva Böyükxanım İldırım qızını nəqliyyat vasitəsi ilə vurub. Xəstəxanaya yerləşdirilən qadın bir neçə gün sonra orada vəfat edib.
Hadisədən sonra İslam Quliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.


