Icma.az
close
up
RU
Bakıda plana düşən evlər: 1500 dən 3500 manata qədər kompensasiya

Bakıda plana düşən evlər: 1500 dən 3500 manata qədər kompensasiya

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Bakıda plana düşən evlərin qiymətinin bahalaşması son dövrlərdə daşınmaz əmlak bazarında diqqət çəkən əsas tendensiyalardan biridir. 

Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı milli.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Orxan Rüstəmli bildirib ki, Bakıda plana düşən evlərin qiymətinin bahalaşması əsasən bazarda formalaşan gözləntilərlə bağlıdır.

"Bu cür evlərə maraq daha çox gələcəkdə əldə olunacaq kompensasiya ilə əlaqədardır. Alıcılar hesab edir ki, bina söküldükdən sonra ya daha yüksək məbləğdə pul, ya da yeni tikilidə mənzil əldə edəcəklər. Bu gözlənti satıcıların qiyməti artırmasına səbəb olur. Qiymət artımı daha çox şəhərin mərkəzi rayonlarında - Yasamal, Nəsimi, Nərimanov və Səbail ərazilərində müşahidə olunur. Həmçinin köhnə həyət evlərinin yerləşdiyi ərazilərdə də, məsələn "Kubinka" və keçmiş "Sovetski" zonasında qiymətlər yüksəlir. Bu yerlərdə əsas dəyər evdən çox torpaqla bağlı olur".

O Rüstəmli qeyd edib ki, hazırda Bakıda plana düşən evlər üçün ödənilən kompensasiya təxminən 1500-3500 manat/m² aralığında dəyişir.

"Mərkəzi ərazilərdə bu rəqəm adətən 2000 manat/m² və ya daha yüksək olur, şəhərin kənar hissələrində isə nisbətən aşağıdır. Bu göstəricilər bazarda qiymətlərin formalaşmasına birbaşa təsir edir.Bazarda satış qiymətləri isə çox vaxt real dəyərdən yüksək olur. Məsələn, normalda 80 000 manat olan bir ev plana düşəcəyi gözlənildikdə 100 000-120 000 manata təklif oluna bilər. Bunun səbəbi alıcıların gələcəkdə daha çox qazanc əldə edəcəklərinə inanmasıdır.Ümumilikdə, bu evlərin bahalaşması real yaşayış dəyərindən çox, gələcək qazanc gözləntiləri, məhdud təklif və yüksək tələblə bağlıdır. Bununla yanaşı, bu sahədə müəyyən risklər də mövcuddur: söküntü prosesinin gecikməsi, kompensasiyanın gözləniləndən aşağı olması və hüquqi məsələlər kimi amillər qiymətlərin hər zaman əsaslı olmadığını göstərir", - deyə o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Aprel 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri