Bakıda qadını döyən şəxslərdən xəbər var
Icma.az, Pravda.az portalına istinadən məlumat verir.
Bakıda qadına qarşı quldurluq etməkdə təqsirləndirilən Rəşad Allahverdiyev və Feyruz Niftullayevin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılır.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Allahverdiyev 8 il 6 ay və F.Niftullayev isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə bu ilin fevralında paytaxtın Sabunçu rayonunda baş verib.
Belə ki, Kürdəxanı qəsəbəsində R.Allahverdiyev və F.Niftullayev paytaxt sakini Dərya Məhərrəmzadəyə qarşı quldurluq edib. Onlar vətəndaşı yumruqla döyüb, bıçaqla hədələyərək mobil telefonunu götürərək hadisə yerindən qaçıblar.
R.Allahverdiyev və F.Niftullayev hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.
Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.2-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın, təkrar törədildikdə) maddələri itihham olunub.
Kamal Məmmədov


