Icma.az
close
up
RU
Tənbəl balanın nağılı

Tənbəl balanın nağılı

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Ələsgər ƏLİOĞLU

Bir ayının iki balası var idi. Ana ayı, balalarının birini qoçaq olduğuna görə Qoçaqbala, o birini isə tənbəl olduğundan Tənbəlbala çağırırdı. Qoçaqbala hər səhər anası ilə meşədə gəzir, ağacların koğuşunu imsiləyə-imsiləyə bal axtarırdı. Tənbəlbala isə yuvadan bayıra çıxmır, anasının gətirdiyi yemdən yeyib-yatır, gündən-günə kökəlirdi...

Aylar ötüb keçdi. Tənbəlbala bayıra çıxmadı ki çıxmadı. Bir gün ana ayı baxıb gördü ki, Tənbəlbala o qədər kökəlib, özü onun yarısı boyda ancaq olar...

Ana ayı Tənbəlbalanı dilə tutdu:

- Ay mənim potaş balam, bəs sən nə vaxt bayıra çıxacaqsan? Heç bilirsənmi bayırda nələr var? Qoçaqbala ağaca çıxıb armud yeyir. Dur, sən də get armud ye. Bir azdan Qoçaqbala yoxuşdan enişə mayallaq aşacaq. Dur, sən də get mayallaq aş...

Ana ayı xeyli dil tökdü. Axır ki, Tənbəlbalanı yola gətirə bildi. Tənbəlbala uzandığı yerdən bir təhər qalxıb yuvanın ağzına yaxınlaşdı. Amma nə qədər güc verdisə də, yuvadan bayıra çıxa bilmədi. Bədəni elə yoğun idi ki, yuvanın ağzından keçmirdi. Tənbəlbala ağlamağa başladı:

- Mən heç zaman çölə çıxa bilməyəcəyəm?

Ana ayı Tənbəlbalanı bayıra çıxarmaq üçün yuvanın ağzını bir qədər genəltmək fikrinə düşdü. Ancaq dünən pəncəsi yaralandığından indi bu işin öhdəsindən gələ bilmədi. Qoçaqbalanı çağırdı. Qoçaqbaladan da bir kar aşmadı...

Ana ayı əlacsız qalıb başqa bir meşədə yaşayan qardaşını köməyə çağırmaq qərarına gəldi. Ancaq o meşəyə qədər ən azı bir aylıq yol vardı. Buna baxmayaraq, ana ayı yola düzəldi. Gecə-gündüz yol gedib qardaşı yaşayan meşəyə çatdı. Əhvalatı qardaşına danışdı. O qardaşını da yanına salıb geri döndü.

Onlar gecə-gündüz yol gəlib axır ki, mənzil başına yetişdilər.

Ana ayı yuvaya cumdu ki, görsün Tənbəlbala nə eləyir... Onun yuvaya girməyi ilə nərildəməyi bir oldu. Tənbəlbala yuvada yox idi. Ana ayının nəriltisi meşəni başına aldı...

Çox keçmədi ki, Tənbəlbala yaxınlıqdakı kolun arxasından çıxıb qaça-qaça özünü anasına yetirdi. Ana ayı Tənbəlbalanı çox çətinliklə tanıya bildi.Tənbəlbala bu müddətdə möhkəmcə arıqlamışdı. Ana ayı soruşdu:

- Mənim balam, bir de görüm, bəs sən yuvadan necə çıxdın?

Tənbəlbala ağlamsına-ağlamsına dilləndi:

- Ay ana, sən gedəndən sonra hər gün ac qaldım. Qoçaqbala mənə yem vermədi. Axırda gördüyün bu kökə düşdüm. Dünən az qalmışdı ki, acından huşumu itirəm. Birtəhər gücümü toplayıb yuvanın ağzına yaxınlaşdım. Düşündüm ki, bayıra çıxa bilsəm, heç olmasa özümə azacıq da olsa yem taparam. Mən yuvanın ağzından çox asanlıqla bayıra çıxa bildim... Axşama kimi meşəni dolanıb bir az özümə yem tapdım. Aclıqdan canım qurtardı.

Ana ayı çox sevindi. O gündən sonra Tənbəlbala tənbəllikdən əl çəkdi, anası da daha onu Tənbəlbala çağırmadı.

Meşə və tufan

Tufan təbiətin qoynunda meydan sulayırdı. Ağacları qol-budaq eləyir, çal-çəpəri vurub aşırır, dam örtüklərini yerə sərirdi...

Səhərdən başlayan tufan dolana-dolana, axır ki, gəlib meşəyə yetişdi.

Meşə soruşdu:

- Xeyir ola, ay tufan?..

- Eheyy!.. A meşə, gəlmişəm indi gücümü sənə də göstərəm! Sənin yarpaqlarını bir-bir havada oynadacağam! Onda məni yaxşı tanıyarsan!

Meşə arın-arxayın bir halda dilləndi:

- Tufan, bəs dediyini eləyə bilməsən, onda necə?..

- Dediyimi eləyə bilməsəm, bir də buralara hərlənməyəcəm.

Tufan bunu deyib daha da möhkəm əsib-coşmağa başladı.

Meşənin ağac ordusu çiyin-çiyinə verib tufanın qarşısını kəsdi. Tufan nə qədər güc göstərsə də, bu səddi yarıb keçə bilmədi. Axır yorulub əldən düşdü. Yön çevirib gəldiyi yerlə də qayıtmalı oldu. Bir daha meşənin səmtinə hərlənmədi...

Ayı və armud

Yeni il yaxınlaşmaqda idi. Boz ayı gecə gəzintisinə çıxmışdı. Ac olduğu üçün elə hara gəldi üz tuturdu. Bir də başını qaldırıb gördü ki, gəlib şəhərin düz ortasına çıxıb. Meydandakı nəhəng şam ağacı onun diqqətini özünə cəlb etdi. Bu nəhəng şam ağacının budaqlarından hər cür bəzək-düzək asılmışdı.

Şam ağacındakı böyük bir "armud" onu heyrətləndirdi. Öz-özünə düşündü: "Ağac qışda da meyvə gətirərmiş... Mən bunu birinci dəfə görürəm..."

Bu düşüncələr qoynunda o, yanını basa-basa şam ağacına yaxınlaşdı. Ətrafa göz gəzdirib kimsənin onu görmədiyinə əmin olduqdan sonra budaqdakı "armud"u qoparıb üz tutdu yuvasına.

Ayı yanını yerə söykəyib gətirdiyi "armud"u ağzına soxdu. Nə qədər çeynəsə də, yeyə bilmədi...

Elə ki yay gəldi, meşədəki armud ağacları yenidən bar gətirdi. Ayı şam ağacından qopardığı "armud"u bir kənara atıb, armud ağacına dırmaşdı...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://525.az
archiveBu xəbər 30 May 2025 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see919

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see381

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see333

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see321

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see297

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see289

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see252

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see251

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see232

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see211

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see206

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see199

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see197

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see197

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see195

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see182

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see177

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri