İqtisadi Şuranın növbəti iclasında ortamüddətli inkişaf tədbirləri müzakirə olunub FOTO
Icma.az bildirir, Dogru.az portalına istinadən.
İqtisadi Şuranın növbəti iclası keçirilib.
Bu barədə Doğru.az-a Nazirlər Kabinetindən məlumat verilib.
İclas İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə baş tutub. Toplantının gündəliyində ortamüddətli dövr üzrə makroiqtisadi sabitliyin və dayanıqlı iqtisadi inkişafın təmin olunması məqsədilə Tədbirlər Planı, dəstəkləyici iqtisadi siyasət alətləri, büdcə siyasəti və digər prioritet məsələlər ətraflı şəkildə müzakirə edilib.
İclas zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov və iqtisadiyyat naziri Mikayıl Cabbarov mövcud iqtisadi vəziyyət və qarşıdakı mərhələlər üzrə təqdimatla çıxış ediblər.
Təqdim olunan iqtisadi siyasət gündəliyi əsasında Şura üzvləri tərəfindən geniş fikir mübadiləsi aparılıb. Müzakirələrin nəticəsində rəy və təkliflər nəzərə alınaraq bir sıra vacib qərarlar qəbul edilib və aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.
DOĞRU.AZ
Baxış sayı:75
Bu xəbər 30 May 2025 23:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















