Icma.az
close
up
RU
Bakıda qardaş ölkənin Müstəqillik Günü mərasimi

Bakıda qardaş ölkənin Müstəqillik Günü mərasimi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Pakistan İslam Respublikası – 79

Pakistan İslam Respublikasının Bakıdakı diplomatik nümayəndəliyində təşkil olunan müstəqilliyin 79-cu ildönümü mərasimi regional təhlükəsizlik arxitekturası və dövlətlərarası müttəfiqlik baxımından mühüm mesajlarla yadda qaldı. Diplomatik korpusun, dövlət rəsmilərinin və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə Pakistan Prezidenti Asif Əli Zərdari və Baş nazir Şahbaz Şərifin ünvanladığı rəsmi bəyanatlar səsləndirildi. Müraciətlərdə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, daxili siyasi həmrəylik və xarici siyasətdə tarazlaşdırıcı xəttin qorunması zərurəti qeyd olunur.

Bakıdakı diplomatik missiyanın rəhbəri Qasim Mohiuddin geniş nitqində Pakistan dövlətinin 14 avqust 1947-ci il tarixində əldə etdiyi tarixi nailiyyətin ideoloji və siyasi mahiyyətini ətraflı izah etdi. Səfir bildirdi ki Pakistan Hərəkatının liderlərinin qətiyyətli mübarizəsi və xalqın misilsiz fədakarlığı nəticəsində əldə edilən müstəqillik ötən 79 ildə dövlət institutlarının möhkəmlənməsinə zəmin yaratdı. Səfirin vurğuladığı faktlara əsasən, İslamabad hökuməti makroiqtisadi sabitliyin bərqərar olunması, xarici investisiya mühitinin yaxşılaşdırılması, rəqəmsallaşma və sənaye istehsalının modernləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Regional nəqliyyat və enerji layihələrində fəal iştirak edən Pakistan tranzit potensialını genişləndirərək Mərkəzi Asiya ilə Hind okeanı hövzəsi arasında strateji logistik körpü funksiyasını yerinə yetirir.

Beynəlxalq təhlükəsizlik kontekstində Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında razılaşdırılan Məkkə Müdafiə Sazişi strateji əhəmiyyət kəsb edir. Həmin saziş İslamabadın qlobal və regional müdafiə arxitekturasındakı çəkisini, hərbi-texniki imkanlarını və strateji tərəfdaşlıq potensialını əks etdirir.

Pakistanın xarici siyasətinin mühüm istiqamətlərindən biri beynəlxalq ədalət prinsiplərinə və xalqların qanuni hüquqlarına verilən prinsipial dəstəkdən ibarətdir. Tədbirdə uzun illərdir təcavüzə və hüquq pozuntularına məruz qalan Fələstin xalqı ilə qətiyyətli həmrəylik bəyan edildi, müstəqil Fələstin dövlətinin qurulmasının vacibliyi xatırladıldı. Eyni zamanda, Cənubi Asiyada davamlı sülhün açarı hesab edilən Cəmmu və Kəşmir münaqişəsi barədə Pakistanın dəyişməz mövqeyi diqqətə çatdırıldı. Səfir bildirdi ki, Cənubi Asiya coğrafiyasında əmin-amanlığın təmin edilməsi Cəmmu və Kəşmir mübahisəsinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, beynəlxalq hüquq normaları və yerli əhalinin qanuni iradəsi əsasında həllindən asılı vəziyyətdədir.

Diplomatik mərasimdə Pakistan-Azərbaycan strateji ittifaqının yüksək dinamikası xüsusi vurğulandı. İki dövlət arasındakı strateji müttəfiqlik hazırda çoxtərəfli əməkdaşlıq formatları ilə daha da güclənir. Azərbaycan, Türkiyə və Pakistan parlamentləri, müdafiə nazirlikləri və xarici siyasət idarələri arasındakı üçtərəfli formatlar Avrasiya məkanında yeni geoiqtisadi və təhlükəsizlik xətti formalaşdırır. Ticarət dövriyyəsinin artırılması, tranzit-logistika imkanlarının birləşdirilməsi, birgə hərbi təlimlərin keçirilməsi və müdafiə sənayesi məhsullarının qarşılıqlı tədarükü həmin müttəfiqliyin praktiki nəticələrini təşkil edir. Bakı və İslamabad paytaxtları beynəlxalq hüququn aliliyini təşviq edərək qlobal miqyasda ikili standartlara qarşı həmrəy mübarizə aparır.

Səfir Qasim Mohiuddin mərasim iştirakçılarının nəzərinə onu da çatdırdı ki, Pakistan İslam Respublikasının qət etdiyi 79 illik inkişaf yolu mürəkkəb geosiyasi sınaqlar şəraitində əldə olunan möhkəm dövlətçilik təcrübəsini təcəssüm etdirir. Azərbaycan ilə qurulan dərin müttəfiqlik münasibətləri isə hər iki dövlətin milli maraqlarına tam cavab verir və regional təhlükəsizlik balansını möhkəmləndirir. Bakıda keçirilən diplomatik tədbir iki qardaş dövlətin gələcək illərdə də ortaq strateji hədəflərə doğru qətiyyətlə addımlayacağını nümayiş etdirir.

Yusif ŞƏRİFZADƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Avqust 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri