Icma.az
close
up
RU
Bakıda “Qərbi Azərbaycan əsilli gənclər: Tarixi yurd və ərazinin milli kimlik məsələlərində yeri” adlı konfrans keçirilib

Bakıda “Qərbi Azərbaycan əsilli gənclər: Tarixi yurd və ərazinin milli kimlik məsələlərində yeri” adlı konfrans keçirilib

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fevralın 25-də Qərbi Azərbaycan İcmasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və İcmanın birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qərbi Azərbaycan əsilli gənclər: Tarixi yurd və ərazinin milli kimlik məsələlərində yeri” adlı konfrans keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda Ağsaqqallar Şurasının üzvü İlqar Abasov, Gənclər Şurasının sədr müavini, Milli Məclisin deputatı Səbinə Xasayeva, Gənclər Şurasının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov, həmçinin uşaqlar və gənclər iştirak ediblər.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək bildirib ki, soydaşlarımız tarixi torpaqları olan Qərbi Azərbaycandan mərhələlərlə deportasiya olunub və bu proses zamanı ağır insan haqları pozuntularına məruz qalıblar. O vurğulayıb ki, soydaşlarımızın ata-baba yurdlarından zorla qovulmaları, onların fiziki və mənəvi əzablara düçar edilməsi təkcə azərbaycanlılara qarşı deyil, ümumilikdə bəşəri dəyərlərə qarşı törədilmiş cinayətdir.

Deputat qeyd edib ki, minilliklər boyu formalaşmış maddi-mədəni irsimiz Qərbi Azərbaycandakı azərbaycanlıların izlərini silmək üçün məqsədyönlü şəkildə aparılan siyasət nəticəsində məhv edilib. Tarixi abidələr dağıdılıb, toponimlər dəyişdirilib, qəbiristanlıqlar yerlə-yeksan olunub, mədəniyyət nümunələrimiz saxtalaşdırılaraq başqa xalqlara aid edilib.

Əziz Ələkbərli vurğulayıb ki, tarixi ədalətin bərpa edilməsi, soydaşlarımızın öz doğma yurdlarına geri qayıtmaları beynəlxalq hüquqa əsaslanan, legitim bir tələbdir. O deyib ki, bu gün uşaqların və gənclərin bu məsələlər haqqında məlumatlandırılması, onların tariximizi və hüquqlarımızı dərindən bilmələri gələcək mübarizənin uğurla davam etdirilməsi baxımından olduqca vacibdir.

Vurğulanıb ki, Qərbi Azərbaycan məsələsi yalnız deportasiya olunmuş insanların deyil, bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının problemidir. Bu səbəbdən hər bir vətəndaşımız bu məsələyə həssas yanaşmalı, tariximizin və mədəni irsimizin qorunmasına töhfəsini verməlidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında tədbirin əsas məqsədinin gənclərlə fikir mübadiləsi aparmaq, onların milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək və gələcəyimiz üçün vacib məsələləri müzakirə etmək olduğunu bildirib.

Komitə sədri qeyd edib ki, Azərbaycan xalqı birlik və həmrəylik sayəsində Qarabağda tarixi Zəfər qazanıb, bu uğurda gənclərin rolu danılmazdır. O vurğulayıb ki, Azərbaycan gəncləri ölkənin inkişafında və milli maraqların qorunmasında mühüm yer tuturlar.

B.Muradova diqqətə çatdırıb ki, Qərbi Azərbaycan mövzusu yalnız Qərbi azərbaycanlıların deyil, bütün azərbaycanlıların milli məsələsidir. O, gənclərin Qərbi Azərbaycanla bağlı həqiqətləri öyrənərək beynəlxalq ictimaiyyətə çatdırmalarının, bu məsələdə milli maraqları müdafiə etmək üçün üzərilərinə düşən tarixi məsuliyyəti dərk etmələrinin vacibliyini xüsusi vurğulayıb.

Digər çıxış edənlər Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb, bu prosesdə gənclərin üzərinə düşən məsuliyyətdən danışıblar. Bildirilib ki, gənclərimiz tarixi yurd yerlərimizlə bağlı məlumatlı olmalı, milli kimlik məsələsində fəallıq göstərməli və bu həqiqətlərin dünya səviyyəsində tanıdılması üçün müxtəlif platformalarda fəal iştirak etməlidirlər.

Qeyd edək ki, konfransın əsas məqsədi Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin uşaqlar və gənclər arasında təbliği, zəngin tarixi-mədəni irsinin təşviqi, bu istiqamətdə həyata keçirilən və keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında məlumatlandırmaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Fevral 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri