Türkiyə Rusiyanın qarşısının alınması missiyasına qoşulur
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə NATO-nun alyansın şərq sərhədlərinin möhkəmləndirilməsi və Rusiyanın qarşısının alınması missiyasına qoşulmağı planlaşdırır. Xüsusilə, söhbət Türkiyə qırıcılarının Estoniya və Rumıniyanın hava məkanında patrul xidməti həyata keçirməsindən gedir.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi Türkiyə Müdafiə Nazirliyinə istinadən yazıb.
Qeyd olunur ki, əvvəlcə Türkiyə Hərbi Hava Qüvvələri Estoniyada yerləşdiriləcək və avqustdan noyabr ayınadək orada qalacaq. Bundan sonra isə Türkiyə qırıcıları bu ilin dekabrından 2027-ci ilin martınadək Rumıniyanın hava məkanında patrul xidməti həyata keçirəcəklər.
Nazirlik xatırladıb ki, Türkiyə 2021-ci ilin yayında Polşanın hava məkanının gücləndirilmiş patrulu missiyasına, eləcə də 2023-cü ilin noyabrından 2024-cü ilin aprelinə qədər Rumıniyada həyata keçirilən missiyaya qoşulub.
Bundan əlavə, iyul ayında keçirilməsi planlaşdırılan növbəti NATO sammiti məhz Türkiyədə baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 16 Yanvar 2026 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















