Icma.az
close
up
RU
Bakıda şirkət direktoru ilə bağlı yenidən məhkəməyə müraciət edildi

Bakıda şirkət direktoru ilə bağlı yenidən məhkəməyə müraciət edildi

Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.

"Enerji İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru olmuş Musayev Abubəkir Əlimurad oğlunun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses dekabrın 12-nə təyin edilib.

Şikayət hakimi Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq. 
 

Qeyd: Məlumata görə, şirkətin əsl rəhbəri Nicat adlı şəxs olsa da, "Enerji İnşaat" MMC-nin qanuni təmsilçisi və direktoru Abubəkir Musayev olub. Onlar arasında alqı-satqı müqaviləsi bağlanaraq, 2018-ci ildən 2022-cin oktyabr tarixinə kimi şirkətdə birlikdə iş aparıblar. Abubəkir Musayev direktor, Nicat isə həmin tarixə kimi şirkətin təsisçisi kimi fəaliyyət göstərib. Lakin şirkəti şərikli idarə edən dostlar arasında 90 AS 211 nömrəli xidməti avtomobilə görə mübahisə yaranıb. Onlar sözügedən dövlət nömrəsini 2018-ci ildən 2021-ci ilə kimi "Mercedes" və həmin ildən sonra "Lexsus RX 300" markalı avtomobildə istifadə ediblər. Hər iki avtombil şirkətin balansında olub. Abubəkir Musayev Nicatdan həmin avtomobili onun adına keçirməsini tələb edib. Lakin Nicat avtomobilin şirkətin balansında olduğunu deyib və onu direktorluqdan kənarlaşdırıb. Abubəkir Musayev avtomobili mülkiyyətinə keçirmək məqsədi ilə direktor vəzifəsindən faktiki olaraq kənarlaşdırıldığına dair məlumatlı olduğu halda qeyd olunan şirkətə məxsus möhürün mövcud olduğunu, şirkətdə faktiki saxlanıldığını bilə-bilə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna onun itməsi barədə yalan məlumat verməklə arayış almağa müvəffəq olub. Yeni möhürü aldıqdan sonra "Enerji İnşaat" MMC-ni öz adına təsis edib və sözügedən avtomobili şirkətin balansına keçirib. Nicat hadisədən xəbər tutandan sonra hüquq-mühafizə orqanlarına şikayət edib və sonda məhkəmə məsələ ilə bağlı qərar verib. Qərara əsasən, Abubəkir Musayev MMC-nin təsisçiliyindən uzaqlaşdırılıb. Şirkət və avtomobil yenidən zərərçəkmişə qaytarılıb. Məhkəmənin hökmü ilə Abubəkir Musayev barəsində açılmış cinayət işinin 320.2-ci maddəsi ilə olan hissəsinə xitam verilib. O, CM-nin 320.1-ci maddəsi ilə 3500 manat, CM-nin 322.1-ci maddəsi ilə 1200 manat cərimə edilib. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla 4200 manat saxlanılıb. Onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb. Bakı Apellyasiya Məhkəməsi Abubəkir Musayevin şikayətini təmin etməyib. 

 
Xatırlatma: Nizamnamə kapitalı 100 manat olan şirkətin hazırda qanuni təmsilçisi Rəşad Əmirbəy oğlu Aslanovdur.

Kamal Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://pravda.az
archiveBu xəbər 09 Dekabr 2024 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see216

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see167

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see135

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see131

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see123

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see122

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see122

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see121

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see121

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see120

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see120

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see119

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see119

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see116

Tərtərdə qəza Bir ailənin 3 üzvü xəsarət aldı

31 May 2025 20:31see112

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see112

Piastri İspaniya Qran prisinə ilk pillədən start verəcək

31 May 2025 19:49see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri