Bakıda skuterlərin düzgün saxlanmamasına kim nəzarət edir?
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son illər şəhər nəqliyyatında alternativ vasitə kimi təqdim olunan elektrik skuterləri rahatlıq və sürət vəd etsə də, onlardan məsuliyyətsiz istifadə ictimai təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur.
Oxu.Az xəbər verir ki, istifadəçilərin skuterləri yolun ortasında, piyada keçidlərində və avtomobil zolaqlarında saxlaması, sürücülər və piyadalar üçün bir çox hallarda gözlənilməz qəza riskləri yaradır.
Belə ki, bəzən sürücülər qəfil əngəllə qarşılaşdıqları üçün manevrlər etmək məcburiyyətində qalırlar, piyadalar isə hərəkət zolaqlarının bağlanması səbəbi ilə məcburən yolun avtomobillər üçün nəzərdə tutulan hissəsinə çıxmalı olurlar. Bu isə qəza riskini qaçılmaz edir.
Bəs mikromobillik zolaqlarında skuterlərin necə gəldi saxlanmasına kim və necə nəzarət edir?
Oxu.Az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov qeyd edib ki, skuterlər olan ərazilərə operatorların patrul xidmətləri nəzarət edir.
"AYNA artıq iki ildir ki, infrastrukturun qurulması ilə yanaşı, mikromobillik vasitələrinin şəhər ərazisində istismarına, operatorların fəaliyyətinə nəzarət edir.
Qurum qanunvericiliyin tələblərinə və standartlara uyğun yeni parklanma məntəqələri təşkil edib və operatorlar həmin parklanma məntəqələri üzrə fəaliyyət göstərirlər. Əvvəllər bu sahədə xaotik vəziyyət hökm sürürdü və yerlər operatorların özləri tərəfindən müəyyən edilirdi.
Bundan əlavə, ərazi üzrə nəzarətçilərin sayının artırılması ilə bağlı operatorların qarşısında tələblər qoyulub və nəzarətçilərin sayı artırılıb. Həmçinin gündəlik olaraq, operatorların patrul xidmətləri əraziyə nəzarət edir, istifadəçilər tərəfindən xaotik şəkildə atılıb gedən, hərəkətə mane olan mikromobiliik vasitələrinin məntəqələrdə səliqə ilə parklanması həyata keçirilir. Görülən işlər çərçivəsində artıq bu sahədə xeyli irəliləyiş var. Lakin beynəlxalq təcrübə də göstərir ki, bu kimi halların qarşısını tamamilə almaq bəzən mümkün olmur. Çünki burada daha çox istifadəçilərin vərdişləri rol oynayır. Bu istiqamətdə operatorlarla mütəmadi iş aparılır, tapşırıqlar verilir", - deyə T.Orucov bildirib.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 19 Yanvar 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















