Bakıda söküntüsü planlaşdırılan binaların sakinləri vəziyyətdən narazıdırlar VİDEO
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Bakıda söküntü işlərinin başlanması üçün iki dördmərtəbli binanın ətrafı hasarlanıb, lakin hələ də orada yaşayanlar var.
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsindəki yataqxana binalarından gedir.
Bina sakinləri arasında tikinti şirkəti ilə razılaşıb gedənlərdən biri deyir ki, artıq iki ildir kirayə mənzilə köçüb.
Sakinlərin dediyinə görə, ərazidə çoxmərtəbəli bina tikiləcək. Lakin bəzi sakinlər hələ də razılaşma əldə olunmadığı üçün binalarda yaşamağa davam edirlər.
Sakinlərin sözlərinə görə, bir müddətdir MTK-nın nümayəndələri ümumiyyətlə əraziyə gəlmirlər. Hətta "Rahatlığın məkanı" tikinti şirkəti adını dəyişərək başqa adla əvəzləyib.
Şirkətin nümayəndəsi kimi sakinlərlə danışıq aparan şəxsin isə işdən çıxdığı barədə məlumatlar var. Həmin şirkətin sosial şəbəkədə yerləşdirdikləri əlaqə nömrələri isə zənglərə cavab verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 04 Mart 2026 08:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















