Icma.az
close
up
RU
Bakıda Süni intellekt və verilənlər elmi üzrə II Avrasiya Forumu keçirilir

Bakıda Süni intellekt və verilənlər elmi üzrə II Avrasiya Forumu keçirilir

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Bu gün Bakı Konqres Mərkəzində Süni intellekt və verilənlər elmi üzrə II Avrasiya Forumu öz işinə başlayıb. Baku Dövlət Universiteti (BDU), "Codelandia" MMC və İsrailin Ben-Qurion Negev Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbir dünyanın müxtəlif ölkələrindən alimləri, mütəxəssisləri və innovatorları bir araya gətirərək süni intellekt və məlumat elmləri sahəsində son nailiyyətlərin müzakirəsinə geniş imkan yaradır.

BDU-nun mətbuat xidmətindən xalqcebhesi.az-a verilən məlumata görə, üç gün davam edəcək forum süni intellekt nəzəriyyəsi, yeni üsulların işlənməsi və məlumat elmlərinin tibb, kibertəhlükəsizlik, idman və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə tətbiqinə dair fikir və təcrübə mübadiləsi üçün mühüm platformadır.

Tədbiri giriş sözü ilə BDU-nun rektoru Elçin Babayev açıb. Rektor Elçin Babayev çıxışında forumun beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin informasiya texnologiyaları və rəqəmsal inkişaf sahələrinə göstərdiyi davamlı diqqət və qayğının bu istiqamətdə mühüm rol oynadığını qeyd edib.

Rektor həmçinin BDU-da Süni intellektin etikası kafedrasının yaradıldığını bildirib. Bu yeni struktur bölmə süni intellekt tədqiqatlarında etik prinsiplərin, şəffaflığın və sosial məsuliyyətin təşviqinə xidmət edəcək.

Açılış mərasimində çıxış edən digər natiqlər - İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə heyətinin sədri Fərid Osmanov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (4SIM) icraçı direktoru Fariz Cəfərov, Ben-Qurion Negev Universitetinin regional və sənaye inkişafı üzrə vitse-prezidenti Dan Blumberq, "Codelandia" şirkətinin rəhbəri Günel Cənnətova və digərləri çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.

Forumun elmi proqramında dünyanın tanınmış alimləri tərəfindən müxtəlif istiqamətlərdə məruzələr təqdim olunur. Məruzələrdə qlobal süni intellekt və məlumat bazarlarının inkişafı, süni intellektin səhiyyədə tətbiqində etik və praktiki çağırışlar, eləcə də informasiyanın strateji resursa çevrildiyi müasir dövrdə ali təhsilin rolu kimi mövzular əhatə olunur.

Forum çərçivəsində iştirakçılar panel müzakirələrdə, məruzələrdə və qarşılıqlı fikir mübadiləsində iştirak edəcək, regionda süni intellekt və məlumat elmlərinin inkişaf perspektivləri barədə yeni ideyalar formalaşdıracaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Oktyabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əli Kərimli həbs edilir EVİNDƏ AXTARIŞ BAŞLADI

29 Noyabr 2025 14:30see351

Yeni çəkilən zolaq sürücülərdə çaşqınlıq yaradır

29 Noyabr 2025 10:07see181

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see169

Ən çirkli məişət əşyası

29 Noyabr 2025 11:19see168

Kiyevdə yaralananların sayı 16 ya çatıb YENİLƏNİB 2

29 Noyabr 2025 12:50see162

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see155

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see136

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see136

Bu sahə üzrə biznes kredit portfeli böyüyüb

29 Noyabr 2025 14:23see135

Bakıda 17 yaşlı oğlan infarktdan öldü

29 Noyabr 2025 12:43see135

Hidayət Heydərov yarışı mükafatsız başa vurub

29 Noyabr 2025 13:43see133

Ödənişli yolda YENİLİK

29 Noyabr 2025 10:08see132

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see131

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see130

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see130

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see129

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see125

MDB ölkələrinin nümayəndə heyətləri Laçın şəhəri ilə tanış olublar FOTOLAR

29 Noyabr 2025 15:42see120

Mançester Siti dən ayrılacaq İtaliya klublarının transfer mübarizəsi

29 Noyabr 2025 12:52see120

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri