Bakıda bir evdə 3 nəfər bıçaqlandı TƏFƏRRÜAT
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakının Xətai rayonunda üç nəfərin bıçaqlanması ilə nəticələnən hadisə baş verib.
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.
Məlumata görə, Balakən rayon sakinləri - 1988-ci il təvəllüdlü Elnur Abdulla oğlu Xocaxov, 1986-cı il təvəllüdlü Vidadi Famil oğlu Bubuşov və 1983-cü il təvəllüdlü Sərvər Qərib oğlu Kərimov kirayə yaşadıqları evdə bıçaqlanıblar.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər üç şəxs xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar. İlkin araşdırma zamanı hər üç şəxsin onlarla birlikdə kirayədə yaşayan şəxs tərəfindən bıçaqlandığı müəyyən edilib.
İlkin məlumata görə, hadisədən əvvəl mənzildə yeyib-içən şəxslər arasında mübahisə yaranıb. Mübahisə daha sonra bıçaqlanma ilə nəticələnib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 18 Avqust 2026 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















