Bakıda tanınmış restoran satışa çıxdı
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən "Al Capone’s Baku" pub-restoranının fəaliyyət göstərdiyi kommersiya sahəsi satışa çıxarılıb.
“Yeni Sabah” xəbər verir ki, "Memar Əcəmi" metrosunun yaxınlığında yerləşən obyekt üçün 1 milyon 100 min manat satış qiyməti təyin olunub.
Satış elanında qeyd edilir ki, ümumi sahəsi 380 kvadratmetr olan məkan binanın birinci mərtəbəsində yerləşir, tam təmirli və əşyalı vəziyyətdə təqdim olunur. Daşınmaz əmlakın mülkiyyət hüququnu təsdiqləyən çıxarışı (kupçası) mövcuddur. Toyuqlu pizza
Obyekt piyafətdə və nəqliyyat baxımından gediş-gəlişin sıx olduğu ərazidə yerləşir. Yaxınlıqda banklar, iaşə obyektləri və müxtəlif ticarət mərkəzlərinin fəaliyyət göstərməsi, eləcə də metroya yaxınlığı obyektin kommersiya cəlbediciliyini artırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 20 Avqust 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















