Icma.az
close
up
RU
Bakıda tanışların yeyib içmək məclisi məhkəmədə yekunlaşdı

Bakıda tanışların yeyib içmək məclisi məhkəmədə yekunlaşdı

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Suraxanı rayonunda 1985-ci il təvəllüdlü Hamlet tanışı Şahinə bıçaqla xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin iyulun 13-də baş verib. Hamlet həmin gün saat 17 radələrində tanıdığı Şahinlə bir yerdə yemək yeyib, spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə ona məxsus olan yaşadığı evin qarşısında bacısı Leylanın işlədiyi ərzaq mağazasına gedərək nisyə spirtli içki istəyib. Amma nisyə içki ala bilməyən Hamlet Şahinin bacısına qarşı kobud ifadələr işlədib, yöndəmsiz hərəkətlər edib. Həmin vaxt Şahin onu təkidlə mağazadan çölə çıxardaraq yola salıb.Bundan sonra evinə gedən Hamlet bıçaq götürərək yenidən mağazanın qarşısına gəlib. Bir qədər əvvəl oradan uzaqlaşdırılması ilə barışmayaraq yenə də “mən burada hara istəsəm girə bilərəm” kimi özündən razı ifadələr işlədib. Sonra mağazanın qarşısından təxminən 50 metr aralanıb və həmin küçəyə paralel olan Zeytun sovxozu, Məktəbli küçəsinin qarşısında olarkən Şahinlə təsadüfən rastlaşıb. Həmin zaman Şahinin onu bir qədər əvvəlki hərəkətlərinə cəzalandırmaq məqsədi ilə şillə ilə vurması səbəbindən bir-birləri ilə əlbəyaxa olublar. Onlar dalaşarkən Şahinin fiziki müqavimət göstərmək imkanına malik olmasına baxmayaraq üzərində olan bıçaqla onun bədən nahiyəsindən beş dəfə vurub. 
Hamletin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə  qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Hamlet ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, iyulun 13-də saat 16 radələrində işdən çıxıb və evə gedərkən kafenin qarşısından keçəndə məhəllə sakini Pərvin onu görüb, kafeyə dəvət edib: “Pərvin həmin vaxtı qonşu məhəllədə yaşayan Şahinlə oturmuşdu. Mən də onlarla bir yerdə oturdum. Hətta xahiş elədiklərinə görə bir şüşə araq da aldım və bir yerdə yeyib-içdik. Təxminən yarım saat sonra Şahingildən ayrıldım və kafedən çıxaraq yaşadığım evə getdim. Həyətə girəndən sonra yenidən çölə çıxdım ki, ev üçün işığın avtomat sayğacı alım. Qonşu məhəllədə yaşayan elektrik işləyən Fikrətgilə getmək istəyirdim ki, avtomat sayğac götürüm. Ancaq yolda öyrəndim ki, Fikrət evdə yoxdur və evə qayıdarkən küçədə Şahin ilə Pərvini gördüm. Biz ayaqüstü söhbətləşərkən Şahingil pul qoyaraq spirtli içki almaqdan söhbət saldılar. Tam xatırlaya bilmirəm. Ancaq nəsə bu araq almaq üstündə aramızda mübahisə yarandı. Şahin özündən çıxaraq mənə əl-qol atdı və nalayiq ifadələrlə təhqir etdi. Ancaq Şahinlə davaya girmədim və aralanaraq evimə getdim”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, bu dəfə evdən pul götürüb və avtomat sayğac almaq üçün mağazaya gedəndə həyətdə təsərrüfatda istifadə etdiyi balaca bıçağı da hər ehtimala qarşı özü ilə götürüb: “Bıçağı ona görə götürdüm ki, birdən Şahin küçədə mənə rast gələr, zor tətbiq etsə, özümü müdafiə edə bilim. Qapıdan çıxaraq Şahingilin evi ilə qonşu olan küçə ilə getdiyim zaman Şahinlə Pərvin yenə də qarşıma çıxdılar. Şahin məni görən kimi üstümə hücum etdi, yumruq zərbələri ilə vurdu. Şahin boynumu qolunun altına salaraq sıxmağa başladı. Bu vəziyyətdə nəfəsimin kəsildiyini hiss etdim. Lakin boynumu Şahinin qolunun altından çıxarda bilmədim. Artıq gördüm ki, huşum özümdən gedir, həyatımı xilas etmək üçün məcbur oldum ki, cibimə qoyduğum bıçağı çıxardaraq onu vurum, məndən əl çəksin. Onu özümdən kənarlaşdırmaq və qorxutmaq məqsədi ilə Şahinin bədən nahiyəsindən bir-neçə dəfə vurdum. Fiziki təzyiq altında olduğuma görə həyəcanlı vəziyyətdə Şahinə neçə bıçaq vurduğumu xatırlamıram. Şahin bıçaq zərbələrinin təsirindən məni buraxaraq geri çəkildi və üzünə çevirərək evlərinə tərəf getdi. Həmin vaxtı dərk etmədim ki, Şahinə hər hansı ağır xəsarət yetirmişəm. Şahini bıçaqla vurarkən bıçaq dırnağımı qopardıb, barmağımın qanı üstümə tökülün. Buna görə də elə bilmişəm ki, köynəyimə tökülən öz qanımdır. Şahin məni buraxdığına görə onu təqib etməmişəm və öz yaşadığım evə getmişəm. Evə gedərək yaralı barmağımı sarıyandan sonra yenə də çıxdım ki, təsərrüfat malları mağazasından işıq üçün elektrik sayğacı alım. Həmin vaxtı Şahingilin evinin qarşısından keçərək mağazaya çatmağa az qalmış Pərvini gördüm. Pərvin mənə Şahini vurduğumu dedi. Evə qayıdaraq hadisələrin gedişatını gözlədim. Həmin gecə polislər gələrək məni çağırdılar. Özüm könüllü şəkildə evdən çıxaraq polislərlə birlikdə polis idarəsinə getdim”.
Zərərçəkmiş Şahinin sözlərinə görə, hadisə günü Hamlet onların işlətdiyi dükandan içki istəyib: “Lakin bundan əvvəl aldığı içkinin pulunu qaytarmadığı üçün ona nisyə içki verməyiblər. İmtina olunduqda isə Hamlet səs-küy salıb. Mən də səsi eşidərək dükana gəldim və onu çölə çıxardım. Sonra isə Hamlet bıçaq götürərək gəldi və dedi ki, məni tək görmüsünüz?. Mən də sonra Hamleti yolda görərkən ona bir şillə vurdum və şillədən sonra bu hadisə baş verdi”. 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hamlet 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. O, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2025-ci il tarixli hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin - 126.2.4-cü maddəsinin tərkibi olmadığından onun əməlinin həmin məcəlləsinin 130.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini  istəyib. Müdafiəçi həmçinin təqsirləndirilən şəxs zərərçəkmişlə barışdığı üçün Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsini xahiş edib. 
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.
Qeyd edək ki, Hamlet cinayəti törədən zaman “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-də fəhlə işləyib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Fevral 2026 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri