Bakıda TDT nin Media və informasiya üzrə işçi qrupunun 12 ci iclası keçirilir
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, iclasda Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov, TDT Baş katibinin müavini Ömer Kocaman və digər rəsmilər iştirak edir.
Tədbir çərçivəsində TDT-nin müvafiq sahə üzrə 2025-ci il üçün Fəaliyyət Planının icra vəziyyətinin müzakirəsi və 2026-cı il üçün uyğunlaşdırılaraq yenilənməsi gözlənilir.
Həmçinin TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısının yekun sənədi olan Kommünike layihəsi ətrafında fikir mübadiləsinin aparılması, növbəti toplantının keçirilmə yeri və tarixlərinə dair təkliflərin müzakirəsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 27 Noyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















