Bakıda təmiz suyun illərlə küçəyə axması iddiasına RƏSMİ CAVAB: Kanalizasiya şəbəkəsi tutulub
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları, 59 ünvanının sakinləri təmiz suyun ətrafa axmasından şikayətçidirlər.
Onlar Oxu.Az-a müraciət edərək bildiriblər ki, sözügedən ünvandakı problem illərdir davam edir:
"Təmiz su ətrafa axır, illərdir bu problem davam edir. Hər dəfə gəlirlər, təmir edirlər, lakin yenə də su axmaqda davam edir".
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, problem aradan qaldırılıb:
"Nəsimi rayonu, Mərdanov qardaşları, 59 ünvanında kanalizasiya şəbəkəsinin tutulması səbəbindən qeyd olunan problem müşahidə olunub. Lakin bu gün səhər rayon Sukanal idarəsinin qəza briqadası xəttin fəaliyyətini bərpa edib. Hazırda ərazidə heç bir axıntı yoxdur".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 06 Noyabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















