Icma.az
close
up
RU
Menu

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

“Qoca sinyora”dan gələcək üçün böyük addım

İdeyalar müstəvisində strateji dərinlik

Yol nəqliyyat hadisələrin sayı

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

Bakıda tibbi tullantıların beynəlxalq standartlara uyğun zərərsizləşdirildiyi ilk xüsusi məntəqədən REPORTAJ

Bakıda tibbi tullantıların beynəlxalq standartlara uyğun zərərsizləşdirildiyi ilk xüsusi məntəqədən REPORTAJ

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 21 noyabr, Pərvanə Qafarova, AZƏRTAC

Dünyada tibbi tullantıların idarə olunması insan sağlamlığı və ətraf mühitin qorunması baxımından çox önəmlidir. BMT və onun müvafiq qurumları tibbi tullantıların yalnız beynəlxalq standartlara uyğun müəssisələrdə zərərsizləşdirilməsini tövsiyə edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, səhiyyə fəaliyyəti nəticəsində yaranan tullantıların təxminən 85 faizi adi məişət tullantılarına bənzər və təhlükəsiz hesab edilir. Lakin səhiyyə müəssisələrində yaranan tullantıların təxminən 15 faizi xüsusi təhlükəli hesab olunur. Yanlış idarə olunan tibbi tullantılar infeksion xəstəliklərin yayılmasına və ətraf mühitin çirklənməsinə səbəb ola bilər.

Bakıda ilk dəfə olaraq istifadəyə verilmiş və tibbi tullantıların beynəlxalq standartlara uyğun şəkildə zərərsizləşdirildiyi xüsusi məntəqə məhz bu beynəlxalq tövsiyələr və standartlar əsasında fəaliyyət göstərir. Bu məntəqə ölkəmizdə tibbi tullantıların idarə olunması sahəsində mövcud boşluğu dolduran, ekoloji təhlükəsizliyi artıran və sağlamlığın qorunmasına mühüm töhfə verən yeni infrastruktur nümunəsidir.

AZƏRTAC-ın əməkdaşları Bakıda ilk dəfə tibbi tullantıların beynəlxalq standartlara uyğun zərərsizləşdirildiyi məntəqədən reportaj hazırlayıb.

“Təmiz Şəhər” ASC-nin şöbə müdirinin müavini Elnur Əliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, Bakıda tibbi tullantıların beynəlxalq standartlara uyğun zərərsizləşdirilməsi üçün yeni sterilizasiya məntəqəsi 2025-ci ildən fəaliyyətə başlayıb. Onun sözlərinə görə, müəssisə B və C kateqoriyalarına aid — təhlükəli və xüsusi təhlükəli tibbi tullantıların qəbulunu və ekoloji baxımdan təhlükəsiz şəkildə zərərsizləşdirilməsini həyata keçirir.

“Məntəqəyə daxil olan tullantılar əvvəlcə xüsusi soyuducularda saxlanılır. Daha sonra onlar xırdalanaraq termik sterilizasiya avadanlıqlarına ötürülür. Hər biri saatda 250 kiloqram gücə malik iki müasir sterilizasiya cihazı fasiləsiz rejimdə çalışır. Proses yüksək təhlükəsizlik tələblərinə uyğun aparılır, çünki tullantıların tərkibində kəsici-deşici alətlər və xüsusi təhlükəli maddələr ola bilər,” – E.Əliyev qeyd edib.

Elnur Əliyev vurğulayıb ki, sterilizasiya mərkəzi tibbi tullantıların təhlükəsiz idarə olunmasına, ətraf mühitin mühafizəsinə və ictimai sağlamlığın qorunmasına ciddi töhfə verir: “Tibbi tullantılar düzgün şəkildə zərərsizləşdirilmədikdə həm insan sağlamlığı, həm də ekoloji balans üçün böyük risk formalaşır. Yeni məntəqənin fəaliyyətə başlaması bu risklərin qarşısını alır və beynəlxalq standartlara cavab verən müasir idarəetmə mexanizmini təmin edir.

Bakıda tibbi tullantıların həcmi artır — yeni məntəqəyə ehtiyac yarandı

Son illərdə paytaxtda əhalinin sayının artması ilə yanaşı, səhiyyə müəssisələrinin çoxalması müşahidə olunur. Bu isə tibbi tullantıların həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, səhiyyə fəaliyyətinin nəticəsi olan tullantıların 15 faizi kimyəvi, bioloji və radioaktiv komponentləri özündə birləşdirən təhlükəli tullantılardır. Onlara patoloji materiallar, laboratoriya tullantıları, çərrahi alətlər və yüksək çirklənmə riskli tibbi vasitələr daxildir.

Bakı şəhərində uzun müddət belə tullantıların zərərsizləşdirilməsini həyata keçirən ixtisaslaşmış müəssisənin olmaması bu sahədə mövcud riskləri artırırdı. Məhz buna görə “Təmiz Şəhər” ASC tərəfindən “Tibbi Tullantıların Sterilizasiyası Mərkəzi” istifadəyə verilib.

Mərkəzin işi Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi “Tibbi tullantıların idarə olunmasına dair tələblər”ə tam uyğun qurulub. Sterilizasiya məntəqəsində B və C kateqoriyalı tullantıların zərərsizləşdirilməsi həyata keçirilir, tullantılar soyuducu kamerada saxlanıldıqdan sonra xüsusi avadanlıqlarda termik üsulla tam təhlükəsiz hala gətirilir.

Beynəlxalq standartlar və yanaşma

Xüsusi vurğulamaq lazımdır ki, tibbi tullantıların yandırılması zamanı yaranan dioksin və furan kimi maddələr kanserogen təsirlidir. Sterilizasiya (autoklav), buxar emalı və digər “non-burn technology” üsulları ən təhlükəsiz və tövsiyə olunan metodlardır. Tibbi tullantıların yanlış utilizasiyası nəticəsində HIV, Hepatit B və C kimi infeksiyaların yayılma riski artır.

Hər ölkə üçün inteqrə tullantı idarəetmə sistemi qurulması vacibdir.

BMT-nin Ətraf Mühit Proqramı UNEP-in tövsiyələri daha çox ekoloji aspektə yönəlir. Belə ki, tibbi tullantıların düzgün idarə edilməməsi hava, su və torpağın çirklənməsinə səbəb olur. Tibbi tullantıların açıq şəkildə yandırılması qəti şəkildə qadağan edilməlidir. Ölkələr “Circular Economy” prinsipləri əsasında tullantıların minimumlaşdırılması, təkrar emal, ekoloji sterilizasiya kimi metodlara keçməlidirlər.

Dünya Bankı tibbi tullantıların idarə olunmasını - səhiyyə infrastrukturunun, sanitar təhlükəsizliyin və pandemiyalara hazırlığın tərkib hissəsi hesab edir.

COVID-19 dövründə Dünya Bankının hesablamalarına əsasən, dünya ölkələrinin 60 faizində tibbi tullantıların idarə olunmasında kritik çatışmazlıqlar var.

UNICEF xüsusilə uşaq xəstəxanalarında və doğum evlərində tibbi tullantıların təhlükəsiz idarə olunmasını vurğulayır: “Sterilizasiya sistemləri olmayan tibbi müəssisələrdə çalışan personal və uşaqlar üçün yüksək risk mövcuddur. “Sağlam xəstəxana” konsepsiyası tibbi tullantıların idarə edilməsini məcburi komponent hesab edir”, - deyə UNICEF-in məlumatında qeyd olunub.

Ekoloji təhlükəsizliyə və insan sağlamlığına mühüm töhfə

Mərkəzin fəaliyyətə başlaması ilə Bakıda tibbi tullantıların idarə olunması sistemində əhəmiyyətli boşluq aradan qaldırılıb. Mərkəz həm ekoloji təhlükəsizliyin artırılmasına, həm də beynəlxalq sanitariya-gigiyena standartlarının tətbiqinə mühüm töhfə verir.

Bu addım, eyni zamanda, Azərbaycanın ətraf mühitin mühafizəsi sahəsində qarşıya qoyduğu məqsədlərə uyğun olaraq tullantıların təhlükəsiz idarə olunması üzrə müasir yanaşmaların tətbiqini sürətləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see237

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see202

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see199

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see173

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see159

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see158

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see153

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see149

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see147

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see146

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see143

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see142

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see141

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see140

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see138

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see137

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see135

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see134

Yol nəqliyyat hadisələrin sayı

20 Noyabr 2025 16:09see128

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri