Icma.az
close
up
RU
Bakıda tıxaca qarşı yeni plan: Fərqli qrafikli və distant iş rejimi nə vaxt başlayır?

Bakıda tıxaca qarşı yeni plan: Fərqli qrafikli və distant iş rejimi nə vaxt başlayır?

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığının aradan qaldırılması uzun müddətdir ki, ictimai müzakirələrin əsas mövzularından biridir. Xüsusilə də günün pik saatlarında müşahidə olunan tıxaclar və ictimai nəqliyyatda yaşanan sərnişin sıxlığı bu müzakirələrin intensivliyinə zəmin yaradır.

Oxu.Az xəbər verir ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində bu istiqamətdə müvafiq addımlar atılması nəzərdə tutulur.

Proqramın əsas məqsədi nəqliyyat sisteminin daha effektiv fəaliyyətini təmin etmək və şəhər daxilindəki yükü azaltmaqdır.

Yeni proqram çərçivəsində bir sıra dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafik əsasında təşkil olunması nəzərdə tutulur.

Yəni qurumlar üçün vahid işə başlama və bitirmə saatı deyil, fərqli vaxtlarda işəgəlmə və işdən çıxma saatlarının tətbiqi planlaşdırılır. Mütəxəssislər hesab edirlər ki, bu addım pik saatlarda nəqliyyat sıxlığının azalmasına səbəb olacaq və ictimai nəqliyyat sistemində yükü azaldacaq.

Bundan əlavə, proqramda bəzi dövlət və özəl müəssisələrində distant (uzaqdan) iş rejiminin tətbiqi də təklif olunur. Bəzi mütəxəssislərin fikrincə, pandemiya dövründə səmərəliliyi sübut olunmuş bu model, səhər və axşam saatlarında ictimai nəqliyyatdan istifadəni bir qədər də azaltmağa kömək edə bilər.

Lakin proqramın tətbiq mexanizmləri ilə bağlı bəzi suallar hələ də açıq qalır.

Mövzu ilə bağlı bütün müvafiq qurumlara sorğu ünvanlasaq da, konkret cavab əldə etmək mümkün olmayıb. Bildirilib ki, məsələ ilə bağlı Nazirlər Kabinetində müvafiq işlər aparılır. Nazirlər Kabinetinə ünvanladığımız sorğuya isə hələlik cavab verilməyib.

Fərqli iş saatı qrafikinin tətbiqi ilə bağlı yaranan suallardan biri də bu sistemə keçid olduğu halda iş vaxtının uzadılması və ya qısaldılmasının baş verib-verməyəcəyi, bunun nə dərəcədə real olması məsələsidir.

İqtisadçı Vüqar Bayramov Oxu.Az-a açıqlamasında məsələyə dair qeyd edib ki, fərqli iş saatı qrafikinin tətbiqi vacibdir.

"Biz inkişaf etmiş ölkələrə, xüsusən də Avropa ölkələrinə diqqət yetirsək, məhz həmin ölkələrdə dövlət qurumları, özəl sektor, hətta xidmət sektoru üzrə fərqli iş saatlarının tətbiq olunduğunu görərik.

Hesab edirəm ki, Azərbaycanda da oxşar praktikanın tətbiq edilməsi məqsədəuyğundur. Çünki bu, yollardakı tıxacın və sıxlığın aradan qaldırılması baxımından vacibdir. Dövlət proqramına əsasən gözlənilir ki, işə başlama və iş vaxtının bitməsi saatları fərqli olacaq. Bu isə o deməkdir ki, standart 09-00-18:00 arası iş rejimi tətbiq olunmayacaq. Amma bu, iş vaxtının uzadılması və ya qısaldılması anlamına yox, sadəcə iş vaxtlarının dəyişdirilməsi anlamına gəlir. Sözsüz ki, Əmək Məcəlləsinə uyğun olaraq səkkiz saatlıq iş rejimi öz qüvvəsində qalacaq", - deyə V. Bayramov vurğulayıb.

Müvafiq qurumlardan sorğumuza cavab ala bilmədiyimiz üçün daha bir sual açıq olaraq qalır: 2025-ci ilin sonuna kimi bu mexanizmlərin tətbiq olunması nə dərəcədə real görünür?

Ekspertlərin ehtimalları nədir?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Oxu.Az-a açıqlamasında fərqli iş saatı qrafikinin tətbiqinin ilin sonuna kimi tətbiq oluna biləcəyini vurğulayıb:

"2025-2026-cı illər ərzində təhlillər aparılmalı, müvafiq siyahıların təsdiq olunması həyata keçirilməli və bu siyahılara uyğun dəyişkən iş rejiminin tətbiq olunması həyata keçirilməli idi. Düşünürəm ki, burada çətin bir məsələ yoxdur və bu proses ilin sonuna kimi reallaşa bilər. Sadəcə iş rejiminin dəyişdirilməsi məsələsində çətinlik təhsil müəssisələri ilə bağlı yaranacaq. Düşünürəm ki, onlar üçün iş rejiminin - qrafiklərin, proqramın dəyişdirilməsi bir qədər çətin ola bilər, amma onu sonrakı mərhələdə də həyata keçirmək mümkündür. İlkin mərhələdə isə iş rejiminin dəyişdirilməsinə hansı qurumlar, hansı özəl şirkətlər daha tez adaptasiya olunarsa, onlar artıq keçə bilərlər", - deyə E. Cəfərov bildirib.

Göründüyü kimi, hazırda proqramın nə vaxt və hansı mərhələlərlə həyata keçiriləcəyini diqqət mərkəzindədir. Aydın olan odur ki, paytaxtın nəqliyyat infrastrukturunda dəyişikliklərə ehtiyac var və problemlərin aradan qaldırılmasına üçün sistemli yanaşmaların mümkün qədər tez tətbiq olunması vacibdir.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Oktyabr 2025 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri