Icma.az
close
up
RU
Bakıda torpağın qiyçəti neçəyədir? 20 sotu 1 milyon 400 min..

Bakıda torpağın qiyçəti neçəyədir? 20 sotu 1 milyon 400 min..

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Badamdar qəsəbəsi ərazisində 20 sot torpaq sahəsi 1 milyon 400 min manat, Bayıl qəsəbəsində 31 sot torpaq sahəsi 6 milyon 500 min manat, Şıxovda isə 80 sot ərazi 4 milyon 800 min manata satışa çıxarılıb.

Ekspertlər deyir ki, Nərimanov rayonu ərazisində də torpaq qiymətləri "əl yandırır". Rayon ərazisində satışa təklif olunan 13 sot torpaq sahəsi 1 milyon 690 min manat, "Gənclik" metrostansiyası yaxınlığında yerləşən 21 sot torpaq sahəsi isə 3 milyon 500 min manata satılır. Torpağın 1 sot dəyəri baxımından növbəti pillələri Nəsimi, Xətai və Yasamal rayonları tutur. Burada torpağın 1 sotunun qiyməti ən az 100 -130-200 min manat arasında təklif edilir.

Əmlak məsəlləri üzrə ekspert Ramil Osmanlı "Xəzər Xəbər"ə müsahibəsində qeyd edib ki, belə torpaq sahələri çoxmənzilli bina tikintisi üçün olduqca qənaətbəxş hesab olunur və kifayət qədər sərfəlidir. Həmin ərazidə həm mənzilə, həm də kommersiya təyinatlı obyektlərə tələbat yüksəkdir. Torpaq sahələrinin qiymətinin yüksək olması da bu səbəbdəndir.

Ramil Osmanlının sözlərinə görə, bu cür torpaq sahələrində hansısa fərdi yaşayış evinin tikintisi demək olar ki, müşahidə edilmir, çünki artıq paytaxt ərazisində boş torpaq sahəsi yoxdur.

Ekspert qeyd edib ki, fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlar, əsasən Masazır, Xırdalan, Ceyranbatan, Ramana, Əmircan, Mərdəkan, Şüvəlan, Pirşağı, Zaqulbada torpaq almağa üstünlük verirlər. Mərdəkan qəsəbəsinin ucqar yerlərində bir sot torpağın qiyməti 15 min manatdan 40 min manata qədər dəyişir. Bilgəhdə isə elə ərazilər var ki, bir sot torpağın qiyməti 50 min manatdır. Pirşağı, Zaqulba, Novxanıda isə bir sotun qiyməti 15-20 min manat arasındadır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:404
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 Yanvar 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri