Evdə fit çalanları nə gözləyir? Qədim inancların təəccüblü izahı
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bir çox insan uşaqlıqdan evdə fit çalmağın qadağan edildiyini xatırlayır. Xalq inanclarına görə, bu vərdiş evə yoxsulluq və bədbəxtlik gətirə, ailəni rifahdan məhrum edə bilər.
Moderator.az "Kobieta Interia" portalına istinadən xəbər verir ki, bu xurafatın kökləri həm slavyan inanclarına, həm də qədim məişət təsəvvürlərinə gedib çıxır.
Slavyan inanclarına görə, evi qoruyan və ailəyə kömək edən “domovoy” adlı ruh mövcud olub. İnanılırdı ki, evdə fit çalmaq bu ruhu qəzəbləndirə və onun evi tərk etməsinə səbəb ola bilər. Belə olduqda evin pis ruhların təsirinə məruz qalacağı düşünülürdü.
Başqa bir izaha görə, fit səsi boş evdə əsən küləyin səsini xatırladır və yoxsulluqla əlaqələndirilirdi. Bununla yanaşı, fitin yüksək və narahatedici səsi evdəki sakitliyi pozduğundan böyüklər uşaqlara bu vərdişi qadağan edirdilər.
Oxşar inanclar Asiya və ərəb ölkələrində də mövcuddur. Bəzi yerlərdə xüsusilə gecə fit çalmağın pis ruhları və cinləri cəlb etdiyinə inanılır.
Bütün bunlar xalq inancları və xurafatlardır, evdə fit çalmağın həqiqətən bədbəxtlik gətirdiyinə dair elmi sübut yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 09 Noyabr 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















