Icma.az
close
up
RU
Bakıda tramvaylar niyə ləğv edilmişdi?

Bakıda tramvaylar niyə ləğv edilmişdi?

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda tramvayların sökülməsi və yenidən qurulması məsələsi son illərdə şəhər nəqliyyatı ilə bağlı müzakirələrin mərkəzindədir. Şəhər hakimiyyəti bu qərarı infrastrukturun köhnəlməsi və ictimai nəqliyyatın modernləşdirilməsi məqsədilə həyata keçirmişdi, lakin tramvayların bərpası şəhərə bir sıra iqtisadi, ekoloji və sosial faydalar gətirə bilər.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, tramvay vaxtilə şəhərdə mövcud idi və yaxşı işləyirdi, lakin sonradan ləğv olundu:
“Tramvayların ləğv edilmə səbəbləri ehtimal ki, müəyyən iqtisadi böhran dövrünə düşməsi, ehtiyat hissələrinin çatışmazlığı, texniki baxım və təmirdə problemlər, eləcə də elektrik enerjisinin təminatı ilə bağlı çətinliklərdən irəli gəlirdi. Sonradan relslər söküldü və həmin yerlərdə avtomobil yolları salındı. Halbuki əvvəlki tramvay xətti çox əlverişli güzərgah idi və indiki sıxlıqda ciddi müsbət təsir göstərə bilərdi”.
Ekspert vurğulayıb ki, tramvayın yenidən bərpası ictimai nəqliyyatın optimallaşdırılması, genişləndirilməsi və əlçatanlığının artırılması baxımından önəmlidir:
“Şəhərin oturuşmuş mərkəzində yeni tramvay xətləri yaratmaq çətindir, çünki binalar, göydələnlər və digər obyektlər artıq mövcuddur. Bununla belə, imkan olan yerlərdə yenidən tramvay xətləri salına bilər. Hazırda əsas planlaşdırma "Sea Breeze" yaşayış kompleksindən, Mehdiabaddan, Binəqədidən, Məhəmmədidən keçərək 28 May metrosuna qədər olan istiqamətdə aparılır və bu istiqamətdə konsepsiya hələ hazırlanma mərhələsindədir”.
Qeyd edək ki, tramvayın bərpası şəhərin nəqliyyat sistemində sıxlığı azaltmaq, ekoloji vəziyyəti yaxşılaşdırmaq və vətəndaşlar üçün əlçatan ictimai nəqliyyat imkanları yaratmaq baxımından strateji əhəmiyyətə malikdir.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Fevral 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see585

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see533

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see376

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see283

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see281

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see255

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see254

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see247

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see246

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see245

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see222

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see220

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see220

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see217

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see214

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see214

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see213

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see212

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see211

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri