Bakıda tramvaylar fəaliyyətə başlayacaq, gedişhaqqı isə…
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Paytaxt Bakıda ictimai nəqliyyatda gedişhaqlarının mərhələli şəkildə artması və müxtəlif nəqliyyat vasitələrində fərqli tariflərin tətbiqi cəmiyyətdə daim müzakirə mövzusu olaraq qalır. Hazırda metroda gedişhaqqı 60 qəpik, avtobuslarda isə marşrutdan və daşıyıcıdan asılı olaraq 60–80 qəpik arasında dəyişir. Bu fonda son illər yenidən gündəmə gələn tramvay nəqliyyatının bərpası məsələsi sərnişinlər üçün yeni suallar doğurur. Əgər Bakıda tramvay xətləri yenidən fəaliyyətə başlasa, bu nəqliyyat növündə gedişhaqqı hansı prinsiplərlə müəyyənləşdiriləcək?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, dünya təcrübəsində tramvay tarifləri adətən metro qiymətləri ilə eyni səviyyədə müəyyən olunur:
“Bu gün tramvay olan şəhərlərin əksəriyyətində, xüsusən də metro mövcud olan yerlərdə gedişhaqqı əsasən metro tariflərinə uyğun tənzimlənir. Sadəcə cüzi fərqlər ola bilər, amma ümumilikdə eyni qiymət nəzərdə tutulur.”
Ekspert xatırladıb ki, Bakıda tramvay və metro birgə fəaliyyət göstərdiyi dövrdə də gedişhaqqı eyni olub:
“Keçmişdə həm tramvayda, həm də metroda qiymət 5 qəpik idi. Dünyanın bir çox ölkəsində də tramvay və trolleybus sistemləri metrolarla eyni enerji xətləri üzərindən işlədiyi üçün tarif siyasəti də oxşar olur.”
Aslan Əsədovun sözlərinə görə, Bakıda mümkün tramvay xəttində də qiymətin 60 qəpik civarında olması daha real görünür:
“Mənim fikrimcə, tarif 50–55 qəpik aralığında da ola bilər, amma ən real variant 60 qəpikdir.”
Aynurə İsmayıl
KONKRET.az
Baxış sayı:81
Bu xəbər 04 Fevral 2026 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















