Icma.az
close
up
RU
Bakıda Türk Dünyası Ürək damar Cərrahiyyəsi Birliyinin zirvə toplantısı keçirilib

Bakıda Türk Dünyası Ürək damar Cərrahiyyəsi Birliyinin zirvə toplantısı keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 18 may, AZƏRTAC

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, konqres çərçivəsində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşəbbüsü ilə ötən il Türkiyədə təsis edilən Türk Dünyası Ürək-Damar Cərrahiyyəsi Birliyinin zirvə toplantısı keçirilib.

Toplantıya moderatorluq edən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təsisçisi və fəxri sədri Kamran Musayev, kardioloq, tibb elmləri doktoru Firdovsi İbrahimov, Türk Ürək Damar Cərrahiyyəsi Dərnəyinin sədri Murat Sarğın qeyd ediblər ki, zirvə toplantısında türk dövlətlərinin kardioloqları öz ölkələrində ürək-damar cərrahiyyəsinin vəziyyəti ilə bağlı məlumat verməsi olduqca vacibdir. Tibbin bütün sahələrində fikir mübadiləsi aparmaq inkaşafa dəstək verir.

Daha sonra Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanda ürək cərrahiyyəsinin tarixi və indiki vəziyyəti ilə bağlı mövzular müzakirə olunub.

Türkiyəli kardioloq Alpər Səlim Kocaoğlu Türkiyədə ürək-damar cərrahiyyəsinin son onilliklərdə böyük inkişaf yolu keçdiyinə diqqət çəkib: “1960-cı illərdən etibarən ilk açıq ürək əməliyyatları ilə başlanan bu yol, bu gün artıq dünya standartlarına cavab verən yüksək texnologiyalı mərkəzlərlə davam edir. Hazırda ölkəmizdə bir çox universitet xəstəxanaları və ixtisaslaşmış ürək mərkəzləri, həm açıq, həm də minimal invaziv üsullarla mürəkkəb əməliyyatlar həyata keçirir. Türkiyədə ildə on minlərlə ürək əməliyyatı uğurla icra olunur və nəticələr beynəlxalq səviyyədə qəbul olunur”.

Qazaxıstanlı kardioloq Muradym Murzagaliyev öz ölkəsində ürək-damar cərrahiyyəsinin son illərdə əhəmiyyətli inkişaf mərhələsindən keçdiyini bildirib: “Xüsusilə paytaxt Astana və Almatı şəhərlərində yerləşən ixtisaslaşmış tibb müəssisələri bu sahədə həm texniki, həm də elmi baxımdan güclü infrastruktur yaradıb. 2000-ci illərdən sonra dövlət tərəfindən səhiyyəyə, xüsusilə kardioloji və cərrahi xidmətlərə yatırılan sərmayələr nəticəsində bir çox müasir kardiocərrahiyyə mərkəzləri istifadəyə verilib. Hazırda Qazaxıstanda açıq ürək əməliyyatları, koronar by-pass, damar protezləmələri və ürək qapaqlarının dəyişdirilməsi uğurla həyata keçirilir.

Eyni zamanda, Qazaxıstanda kardioloji xidmətlərin regional səviyyədə də əlçatan olması üçün böyük addımlar atılır”.

Qırğızıstanlı kardioloq Samiddin Shabiraliyev Qırğızıstanda ürək-damar cərrahiyyəsi sahəsinin son illər inkişaf etməkdə olduğunu deyib. O qeyd edib ki, Qırğızıstanda ürək-damar xəstəlikləri əsas ölüm səbəblərindən biri olduğu üçün bu sahədə güclü səhiyyə strategiyalarına hər zaman ehtiyac var: “Qırğızıstan Səhiyyə Nazirliyi bu prosesin mərkəzində dayanır və ölkədə ürək-damar cərrahiyyəsinin inkişafında mühüm rol oynayır”.

Türkmənistanlı kadioloq Rəcəb Əliyevin sözlərinə görə, Türkmənistanın səhiyyə sahəsində geniş islahatlar aparılıb və ürək-damar xəstəliklərinin diaqnostikası, müalicəsi istiqamətində mühüm addımlar atılıb. “Paytaxt Aşqabadda ölkənin aparıcı ürək-damar cərrahiyyəsi müəssisələri yerləşir. Burada açıq ürək əməliyyatları, qapaq dəyişdirmə və damar rekonstruksiyası kimi mürəkkəb prosedurlar uğurla icra olunur.

Bununla yanaşı, ölkədə yeni tibbi mərkəzlərin qurulması, müasir avadanlıqların alınması və ixtisaslı həkimlərin hazırlanması sahəsində davamlı işlər görülür. Xarici ölkələrlə, xüsusilə Türkiyə, Almaniya və Rusiya ilə təcrübə mübadiləsi və təlim proqramları da inkişafı dəstəkləyir”, - deyə R.Əliyev bildirib.

Özbəkistanlı kardioloq Xamidulla Abdumajidov ölkəsində həyata keçirilən islahatlar nəticəsində yeni ixtisaslaşmış tibb müəssisələrinin yaradıldığına, mövcud mərkəzlərin isə müasir tibbi avadanlıqlarla təmin olunduğuna diqqət çəkib. O vurğulayıb ki, paytaxt Daşkənddə yerləşən qabaqcıl xəstəxanalar bu sahədə aparıcı rol oynayır: “Xəstəxanalarda minimal invaziv texnologiyaların tətbiqi genişlənib. Özbəkistan kardiocərrahları həm yerli, həm də beynəlxalq səviyyədə təlim və təcrübə proqramlarında iştirak edərək öz bilik və bacarıqlarını daim təkmilləşdirirlər. Bu da əməliyyat keyfiyyətinə və xəstə məmnuniyyətinə birbaşa təsir göstərir.

Gələcəkdə məqsədimiz – regionlarda da yüksək səviyyəli kardiocərrahiyyə xidmətlərini əlçatan etmək, süni intellekt və rəqəmsal texnologiyaları klinik praktikaya daxil etmək və beynəlxalq əməkdaşlığı daha da genişləndirməkdir”.

Azərbaycanlı kardioloq Ramil Əliyev isə ölkəmizdə ürək-damar cərrahiyyəsinin son 20 ildə sürətli şəkildə inkişaf etdiyini bildirib: “Xüsusilə 2000-ci illərdən etibarən paytaxt Bakıda və bir sıra regionlarda müasir tibb mərkəzləri fəaliyyətə başlayıb, bu sahəyə həm dövlət, həm də özəl sektor tərəfindən əhəmiyyətli sərmayələr qoyulub.

Hazırda Mərkəzi Klinik Xəstəxana, Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və digər qabaqcıl tibb müəssisələrində açıq ürək əməliyyatları, koronar arter by-pass, ürək qapaqlarının dəyişdirilməsi, aorta və digər damarların rekonstruksiyası uğurla icra olunur. Bununla yanaşı, minimal invaziv üsulların tətbiqi də getdikcə genişlənib.

Azərbaycanlı cərrahlar beynəlxalq təcrübə proqramlarında fəal iştirak edir, həmçinin ölkəyə dəvət olunan xarici mütəxəssislərlə birgə əməkdaşlıq çərçivəsində bilik və təcrübə mübadiləsi həyata keçirilir”.

Qeyd edək ki, dünyanın 20-dən artıq ölkəsindən 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardioccərahın iştirakı ilə keçirilən konqresin əsas məqsədi Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq, tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etmək olub. “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınıb və konqres iştirakçıları 20 DTT balı əldə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 May 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see231

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see221

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see194

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see170

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see167

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see164

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see160

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see148

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see144

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see143

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see141

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see140

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see140

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see137

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see136

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see129

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri