UFC döyüşçüsü Bakı turniri ərəfəsində kompüter oyununu hazırlayanlara müraciət edib
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda keçiriləcək UFC turnirinin iştirakçısı olan rusiyalı döyüşçü, “Şara Bullet” ləqəbi ilə tanınan Şarabutdin Maqomedov yaxın vaxtlarda satışa çıxacaq “UFC 6” oyunu barədə danışıb.
İdman.Biz xəbər verir ki, döyüşçü oyun istehsalçılarına müraciət edərək özünəməxsus fəndlərinin oyuna əlavə olunmasını xahiş edib.
“Fəndlərimi oyuna əlavə edin”, - deyə Maqomedov sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, “UFC 6” cari ilin iyun ayının ortalarında “Xbox” və “PlayStation” platformaları üçün satışa çıxarılacaq.
Artıq 27 iyunda Şarabutdin Maqomedov Bakıda keçiriləcək UFC turnirində braziliyalı Maykl Pereyra ilə üz-üzə gələcək.
Onun təşkilat çərçivəsində son döyüşü 26 iyul 2025-ci ildə baş tutub. Maqomedov həmin qarşılaşmada Marc-Andre Barriault üzərində hakimlərin yekdil qərarı ilə qələbə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 29 Aprel 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















