Bakıda Ulu Öndərin xatirəsinə həsr olunmuş intellektual yarış keçirilir Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Yüksəliş" kvizi - qış mövsümü: Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş intellektual yarış keçirilir.
"Report" xəbər verir ki, "Yüksəliş" müsabiqəsi çərçivəsində keçirilən yarış müsabiqənin qalibləri, finalçıları və yarımfinalçıları arasında baş tutub.
Tədbirin açılış mərasimində Ulu Öndərin xatirəsi birdəqiqəlik sükutla yad edilib və onunla bağlı qısa videoçarx nümayiş olunub.
Müsabiqədə 43 komanda tərkibində ümumilikdə 252 iştirakçı mübarizə aparır.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi artıq dördüncü dəfədir qaliblər, finalçılar və yarımfinalçılar arasında intellektual yarış keçirdir.
Bu ilin payız mövsümündə baş tutan "Azərbaycanın Yüksəlişi" intellektual kvizi Dövlət Müstəqilliyinin Bərpası Gününə, bahar mövsümündə keçirilən kviz "Yaşıl dünya naminə həmrəylik ili"nə, ötən il baş tutan yarış isə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.
"Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Dördüncü "Yüksəliş" müsabiqəsinin keçirilməsi barədə Prezident İlham Əliyev 25 dekabr 2023-cü il tarixində müvafiq sərəncam imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 07 Dekabr 2024 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















