Icma.az
close
up
RU
“Bakıda Ümumdünya Şəhərsalma Forumunun strateji əhəmiyyəti böyükdür“ ŞƏRH OLUNDU

“Bakıda Ümumdünya Şəhərsalma Forumunun strateji əhəmiyyəti böyükdür“ ŞƏRH OLUNDU

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Son illərdə Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək peşəkarlıq və təşkilati bacarıqla ev sahibliyi etmişdir”.Bu sözləri SİA -ya açıqlamasında politoloq Sahil Kərimli bildirib.Onun sözlərinə görə, bu tədbirlərin uğurla həyata keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə, qlobal səviyyədə etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə vermişdir:“Müxtəlif sahələri əhatə edən bu beynəlxalq platformalar Azərbaycanın dünya arenasında fəal iştirakını və diplomatik potensialını açıq şəkildə nümayiş etdirir. Xüsusilə COP29 kimi qlobal əhəmiyyət daşıyan tədbir, ölkəmizin bu sahədə formalaşdırdığı zəngin beynəlxalq təcrübənin bariz nümunəsidir. Belə mötəbər tədbirlərin yüksək səviyyədə təşkili Azərbaycanın institusional imkanlarını, təşkilati çevikliyini və beynəlxalq standartlara uyğun fəaliyyət qabiliyyətini ortaya qoyur. Bu baxımdan, Azərbaycan yalnız iştirakçı deyil, həm də təşəbbüskar və nümunə göstərilən ölkə kimi çıxış edir.2026-cı ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası da strateji əhəmiyyətə malik beynəlxalq tədbirlərdən biridir. Forumun Azərbaycanda təşkili bir tərəfdən ölkəmizin şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə təqdimatına imkan yaradır, digər tərəfdən isə dayanıqlı urbanizasiya, müasir şəhər idarəçiliyi və inkişaf modelləri üzrə qlobal müzakirələrə töhfə verir. Forum günlərində dünya ictimaiyyətinin diqqətinin Bakıya yönəlməsi Azərbaycanın regional və qlobal əhəmiyyətini bir daha ön plana çıxaracaqdır.Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi həm Azərbaycanın tarixi şəhərsalma ənənələrinə sadiqliyini, həm də müasir urbanistik yanaşmaları uğurla tətbiq etdiyini nümayiş etdirir. Tədbirin yüksək səviyyədə təşkili, xarici qonaqların qarşılanması, logistika və təhlükəsizlik məsələlərinin peşəkar şəkildə idarə olunması ölkənin beynəlxalq tədbirlər keçirmək sahəsində topladığı təcrübənin nəticəsidir.Forumdan sonra Azərbaycanın göstərdiyi təşkilati uğur və peşəkar yanaşma beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanacaq. Bu isə ölkəmizin qlobal tədbirlərə ev sahibliyi edən aparıcı mərkəzlərdən biri kimi mövqeyini daha da gücləndirəcəkdir”.

Müəllif: Günay Hacıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Mart 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri