Bakıda xüsusi təyinatlı bağçada bəzi ştatlar ləğv edilib
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Bakının 17 nömrəli xüsusi təyinatlı körpələr evi-uşaq bağçasında uşaqlara tibbi və inkişafyönümlü xidmət göstərilməsi ilə bağlı bəzi ştat vahidlərinin ləğv edildiyi müəyyən olunub.
Modern.az xəbər verir ki, bu, Ombudsmanın monitorinq qrupunun müəssisədə keçirdiyi yoxlama zamanı üzə çıxıb.
Monitorinqdə tədris materiallarının bağçanın öz imkanları hesabına təmin edildiyi də müəyyənləşib. Müəssisədə xüsusi təyinatlı qruplarla yanaşı, ümumi təyinatlı qruplar da fəaliyyət göstərir. Bağçanın nizamnaməsinin mövcud tələblərə uyğun hazırlanması istiqamətində iş aparıldığı bildirilib.
Ombudsman əvvəllər illik məruzələrində məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatlarına uşaq psixoloqu vəzifəsinin əlavə edilməsini təklif edib. Monitorinqin sonunda aşkar olunan məsələlər müəssisə rəhbərliyi ilə müzakirə olunub və tövsiyələr verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 29 Sentyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















