Icma.az
close
up
RU
Bakıda “Yaddaş yaşayır, çünki şahidlik edir” adlı anım tədbiri keçirilib

Bakıda “Yaddaş yaşayır, çünki şahidlik edir” adlı anım tədbiri keçirilib

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yanvarın 16-da Bakıda Leopold və Mstislav Rostropoviçlərin Ev–muzeyi və Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının 20 Yanvar və Litva xalqının 13 Yanvar faciələrinin ildönümünə həsr olunmuş “Yaddaş yaşayır, çünki şahidlik edir” adlı anım tədbiri keçirilib.

525.az xəbər verir ki, tədbirin əsas məqsədi azadlıq və müstəqillik uğrunda canlarını fəda etmiş insanların xatirəsinin əbədiləşdirilməsi, tarixi yaddaşın qorunması, eləcə də Azərbaycan və Litva xalqları arasında beynəlxalq həmrəyliyin ifadəsidir.

Anım tədbiri yanvar faciələri nəticəsində həlak olmuş şəxslərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Muzeyin direktoru vəzifəsini icra edən Günay Əliyeva çıxışında 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixi yaddaşında silinməz iz buraxdığını və milli müstəqillik uğrunda mübarizənin simvoluna çevrildiyini vurğulayıb.

Daha sonra Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçus yanvar hadisələrinin tarixi əhəmiyyətini qeyd edərək, bu faciələrin hər iki ölkə xalqının azadlıq hərəkatında mühüm rol oynadığını, azadlıq və suverenlik dəyərləri baxımından ortaq taleləri əks etdirdiyini bildirib.

Tədbirdə ekspert qismində çıxış edən Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev yanvar faciələrinə elmi-tarixi qiymət verərək, bu hadisələrin Azərbaycan və Litvanın dövlətçilik tarixində tutduğu yer və nəticələri barədə fikirlərini bölüşüb.

Tədbir çərçivəsində 13 Yanvar və 20 Yanvar faciələrinə həsr olunmuş foto və video materiallar nümayiş etdirilib. Təqdim olunan kadrlar iki xalqın keçdiyi azadlıq yolunu, insan talelərini və tarixi hadisələrin xronikasını əks etdirib.

Proqramın mühüm hissələrindən biri Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi olub. Sərgidə nümayiş etdirilən əsərlər uşaqların dünyaya baxışını, azadlığa can atma hissini və humanist dəyərləri ifadə etməklə yanaşı, faciəvi hadisələrin yaddaşının gələcək nəsillərin şüurunda yaşadılmasının vacibliyini ön plana çıxarıb.

Anım gecəsi konsert proqramı ilə davam edib. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin ifasında səsləndirilən yerli və xarici bəstəkarların klassik əsərləri tədbirə xüsusi mənəvi ovqat bəxş edərək, həlak olanların xatirəsinə ehtiramın musiqili ifadəsinə çevrilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Yanvar 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri