Icma.az
close
up
RU
Bakıda “Yehova şahidləri” ilə bağlı HƏYƏCAN TƏBİLİ: “Qarşısı alınmalıdır!”

Bakıda “Yehova şahidləri” ilə bağlı HƏYƏCAN TƏBİLİ: “Qarşısı alınmalıdır!”

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Yehova şahidləri" dini icmasının üzvləri “Gözətçi Qülləsi” adlı jurnalı şəhərin müxtəlif yerlərində insanlara paylayaraq, onları seminarlara, təlimlərə dəvət edirlər.

Jurnalda qeyd olunub ki, bu nəşr 1879-cu ildən çap olunur və Müqəddəs Kitaba əsaslanaraq siyasi məsələlərə toxunmur.

Bəs görəsən, icma üzvlərinin jurnalı ictimai məkanda insanlara təqdim etməsi, onları öz icmalarına dəvət etməsi qanunidirmi? Bu cür seminar və təlimlərin keçirilməsi üçün Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə məlumat verilməsi və ya əvvəlcədən icazə alınması tələb olunurmu? "Yehova şahidləri" dini icmasının Azərbaycanda və Bakı şəhərində hazırkı hüquqi statusu necədir? İcma dövlət qeydiyyatına alınıbmı? İcma üzvlərinin ictimai yerlərdə dini məzmunlu broşürlər paylaması və insanları seminarlara, təlimlərə dəvət etməsi qanunvericiliklə necə tənzimlənir?

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Bakı şəhəri “Yehovanın Şahidləri” dini icması 8 noyabr 2018-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (Dövlət Komitəsi) qeydiyyata alınıb:

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər Dövlət Komitəsinin razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Bununla yanaşı, bildiririk ki, “Yehovanın Şahidləri” dini icmasına məxsus dini məzmunlu broşürlərin yayılmasına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müvafiq dini ekspertizadan keçirildikdən və nəzarət markası ilə markalandıqdan sonra icazə verilir.

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, kütləvi dini ibadət, ayin və mərasimlər dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Eyni zamanda, qeyd olunan Qanunun 6-1.2-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız Dövlət Komitəsinin razılığı ilə təşkil oluna bilər. 

“Yehovanın Şahidləri” dini icmasının fəaliyyəti ilə bağlı Dövlət Komitəsinə mütəmadi xarakter daşımayan müraciət və şikayətlər daxil olub. Həmin müraciətlər aidiyyəti üzrə araşdırılaraq Komitənin səlahiyyətlərinə aid məsələlərlə bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb". 

Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa Lent.az-a açıqlamasında bildirib ki, qanuna uyğun olmayan, ictimai qaydanı pozmağa yönəlmiş çağırışlar varsa, buna qarşı addımlar atılmalı və müvafiq hüquqi tədbirlər görülməlidir:

“Azərbaycan cəmiyyətində bu kimi məsələlərə münasibətdə müəyyən standart baxış formalaşıb. Hər hansı dini icma – istər ənənəvi, istər qeyri-ənənəvi, istər rəsmi, istərsə də qeyri-rəsmi olsun – müəyyən təbliğat aparanda və yaxud öz fikirlərini bölüşəndə bu, böyük təhlükə kimi qiymətləndirilir.

Bizim Konstitusiyamız var. Konstitusiyada hansı təbliğatın aparılmasının qadağan olunduğu konkret şəkildə müəyyənləşdirilib. Dini, irqi və milli qarşıdurmaya, terrora çağırış edən, hər hansı formada ayrı-seçkiliyi təbliğ edən fikirlər və çağırışlar varsa, bunlara hüquqi baxımdan münasibət bildirilə və müvafiq tədbirlər görülə bilər.

Amma insan öz fikirlərini təbliğ edirsə, kiməsə müəyyən məlumatlar verir, onları bu fikirlərlə tanış olmağa dəvət edirsə, qarşı tərəf də istədiyi halda bunları qəbul edir, istəmədikdə isə qəbul etmirsə, buna dövlətin və cəmiyyətin müdaxilə etməsi doğru deyil. Bu, fikir azadlığına qarşı davranış kimi qiymətləndirilə bilər.

Din məsələsinə gəldikdə isə, Azərbaycanda yüzlərlə “Qurani-Kərim” nəşr olunur, sosial şəbəkələrdə, o cümlədən “TikTok”da dini mövzularda çoxsaylı çıxışlar edilir. Müxtəlif təriqətlərin və məzhəblərin nümayəndələri öz dini baxışlarını təbliğ edirlər.

Bəziləri “Qurani-Kərim”ə istinad edərək təbliğat aparır, digərləri hədislərə, yaxud dinin bütövlükdə qəbul etdikləri sisteminə əsaslanırlar.

İnsanların bunlara inanmaq və ya inanmamaq hüququ var. Eyni zamanda, başqalarının da öz dini baxışlarını təbliğ etmək hüququ mövcuddur.

Burada əsas məsələ odur ki, terrora, milli qarşıdurmaya və ya ictimai asayişin pozulmasına yönəlmiş çağırışlar olmasın. Belə hallar yoxdursa, kimin insanları hansı fikrə və ya inanca dəvət etməsindən asılı olmayaraq, buna normal yanaşılmalıdır.

Bu gün insanlara dini və hüquqi baxımdan yüzlərlə fikir təbliğ olunur, müxtəlif çağırışlar edilir. İnsanlar da həmin çağırışları eşidir, bəzən onlara uyğun davranırlar.

Hansısa dini icma da müəyyən çağırış edirsə və bu çağırışın ardınca cəmi beş nəfər gedəcəksə, bu, cəmiyyətdə hansı nizamın pozulmasına səbəb ola bilər?

Ona görə də belə məsələləri ajiotajla, təhlükə kimi qarşılamaq, məncə, doğru deyil.

Yəni cəmiyyətin böyük əksəriyyəti müsəlmandır deyə, burada ədalət anlayışı daha çox qabarmalıdırmı? Yaxud əlavə beş nəfər xristian olsa, bizim cəmiyyətimizdə nə dəyişəcək?

Bu səbəbdən həmin məsələlərə yalnız hüquqi nöqteyi-nəzərdən qiymət vermək lazımdır.

Əgər qanuna uyğun olmayan, ictimai qaydanı pozmağa yönəlmiş çağırışlar varsa, əlbəttə, buna qarşı addımlar atılmalı və müvafiq hüquqi tədbirlər görülməlidir.

Amma belə hallar yoxdursa, insan öz fikrini, dini əqidəsini və dünyagörüşünü yayırsa, başqalarını həmin fikirlərlə tanış olmağa dəvət edirsə və ya ona qoşulmağa çağırırsa, qoy bunu etsin.

İnsanlar öz fikirlərini sərbəst şəkildə ifadə etsinlər. Ağlı başında olan insanlar da öz seçimlərini yalnız hansısa təbliğata əsasən etmirlər.

Məsələn, insanlar televiziyada hansısa müğənninin konsertinə baxırlar. Amma bu o demək deyil ki, həmin müğənninin geyim tərzini təkrarlayırlar. Yaxud onun davranışlarını, ifadələrini olduğu kimi mənimsəyirlər.

Bu, dini məsələlərə də aiddir. Dinə də, digər sahələrə də eyni prinsiplə yanaşılmalıdır.

Ona görə də hesab edirəm ki, bu məsələləri bu qədər şişirtməyə ehtiyac yoxdur. Məsələyə daha sadə və hüquqi çərçivədə yanaşmaq lazımdır”.

Milli Məclisin deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, dini icmalar dini təbliğatı yalnız məscidlərdə və kilsələrdə apara bilərlər:

“Təəssüf ki, bu sahədə kifayət qədər ciddi nəzarət yoxdur. Ona görə də bu gün ayrı-ayrı şəxslərin müxtəlif yerlərdə dini təbliğat apardığını görürük. Bu hallar şəhərin müxtəlif ərazilərində də özünü açıq şəkildə göstərir.

Bu, adi bir hal deyil, kifayət qədər ciddi və vacib məsələdir. Dövlət qurumları bu məsələlərə mütləq şəkildə ciddi nəzarət etməlidirlər. Belə halları heç bir halda başlı-başına buraxmaq olmaz.

Yəni, kim nə vaxt, harada və necə istəyirsə, dini təbliğat apara bilməz. Bu sahədə ciddi nəzarət təmin edilməlidir.

Əks halda Azərbaycanda dini xəritənin sürətlə dəyişdiyinin şahidi olacağıq. Bu isə gələcəkdə ölkəmiz üçün ciddi problemlər yarada bilər.

Ona görə də bu məsələ ilə mütləq şəkildə ciddi məşğul olmaq lazımdır.

Heç kimə imkan vermək olmaz ki, dini ibadət yerlərindən kənarda, başqa məkanlarda özbaşına dini təbliğat aparsın və bu fəaliyyəti genişləndirsin.

Belə halların qarşısı qəti şəkildə alınmalıdır. Dövlət qurumları bu istiqamətdə nəzarəti gücləndirməli və qanunvericiliyin tələblərinin yerinə yetirilməsini təmin etməlidirlər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Noyabr 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see356

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see314

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see310

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see307

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see280

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see276

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see271

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see267

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see257

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see254

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see248

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see246

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see232

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see231

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see227

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see226

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see220

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see215

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see213

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri