Icma.az
close
up
RU
Bakıda yeni dərs ilindən iş saatı belə olacaq TƏFƏRRÜAT

Bakıda yeni dərs ilindən iş saatı belə olacaq TƏFƏRRÜAT

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır. Bununla bağlı məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlədiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planında öz əksini tapıb. Plana uyğun olaraq sözügedən müddətdə çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələri hazırlanmalıdır və aidiyyəti üzrə təqdim edilməlidir. Proqramın icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Çevik iş vaxtı rejiminin tətbiqi Bakıda tıxacların azalmasına real təsir göstərə bilərmi?

“Yeni Sabah” xəbər verir ki, mövzu ilə bağlı Musavat.com-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, çevik iş rejiminin tətbiqi nəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərə bilər: “Əsas məsələ bu qərarın praktiki müstəvidə necə icra olunacağıdır, çünki burada bir çox suallar ortaya çıxır.

Dövlət və büdcə sektorunda bu mexanizmi tətbiq etmək daha rahatdır. Bu sahədə 870 minə yaxın insan çalışır və büdcə təşkilatlarında iş vaxtını vahid əmrlə dəyişmək mümkündür. Lakin özəl sektorda vəziyyət fərqlidir. Dövlət özəl sektora birbaşa əmr verə bilməz, yalnız müəyyən təşviq mexanizmləri təklif edə bilər. Məsələn, səhər yeməyi təqdim edən bir kafeyə işə saat 7-də yox, 11-də başlamasını tələb etmək qeyri-realdır. Digər tərəfdən, sahibkar növbəli iş rejimi üçün əlavə işçi götürərsə, bu, onun maliyyə yükünü artıracaq. Nəticədə xidmət qiymətləri qaldırıla bilər ki, bu da biznesə ziyan vurar. pizza

Ən ciddi problemlərdən biri də təhsil müəssisələrinin qrafiki ilə bağlıdır. Hazırda valideynlər uşaqlarını saat 08:00-da məktəbə qoyub, 09:00-da işə gedirlər. Valideynin iş vaxtı 10:00 və ya 11:00-a keçirilərsə, bu uyğunsuzluq necə tənzimlənəcək? Bütün bu suallar hələ ki açıq qalır. Təşəbbüs ideya olaraq uğurludur, lakin onun real həyata keçirilməsi üçün işlək mexanizmlər işlənib hazırlanmalıdır”.

İqtisadçı Xalid Kərimli bildirib ki, bu sistem ənənəvi saat 09:00–18:00 iş qrafikindən fərqlənir və tərəflərin razılığı ilə daha çevik iş saatlarının tətbiqini nəzərdə tutur. Belə modeldə işin bir hissəsi məsafədən də yerinə yetirilə bilər. Əsas məqsəd isə iş saatına nəzarət etmək deyil, əmək məhsuldarlığını və işin nəticələrini artırmaqdır. X.Kərimli qeyd edib ki, beynəlxalq praktikada çevik məşğulluğun müxtəlif formaları tətbiq olunur. Bunlardan biri çevik (flexible) iş rejimidir ki, bu zaman işin başlama və bitmə saatları işçi ilə işəgötürən arasında razılaşdırılır. Onun sözlərinə görə, geniş yayılmış modellərdən biri də hibrid iş rejimidir. Bu modeldə işçi həftənin müəyyən günləri ofisdə, qalan günləri isə məsafədən çalışır. Tam məsafədən iş rejimində isə əməkdaş əsasən ofisdən kənarda işləyir və yalnız zərurət yarandıqda iş yerinə gəlir.

İqtisadçı bildirib ki, sıxılmış iş qrafiki də beynəlxalq təcrübədə istifadə olunan modellərdəndir. Bu halda ənənəvi beş günlük, 40 saatlıq iş norması dörd gün ərzində tamamlanır və işçiyə əlavə istirahət vaxtı verilir. Bundan başqa, yarımştat (part-time) iş rejimi də əmək məhsuldarlığının artırılmasına yönəlmiş çevik məşğulluq formalarından hesab olunur: “Bu sistemlərin Azərbaycanda tətbiqi mümkündür. Lakin bunun üçün ilk növbədə hüquqi baza formalaşdırılmalıdır:

Əmək qanunvericiliyində çevik iş rejiminin hüquqi çərçivəsi yaradılmalıdır. Bu sistem məcburi deyil, könüllülük və qarşılıqlı razılıq prinsipi əsasında tətbiq edilməlidir. Əmək Məcəlləsində biznesi həddindən artıq sərt qaydalarla məhdudlaşdırmaq gələcəkdə problemlər yarada bilər”.

O, həmçinin məsafədən işləyən əməkdaşların fəaliyyətinin elektron vasitələrlə qiymətləndirilməsi üçün müasir nəzarət mexanizmlərinin yaradılmasının vacibliyini vurğulayıb:

"Məsafədən işləyən işçi bilməlidir ki, onun fəaliyyəti müxtəlif elektron vasitələrlə ölçülür və qiymətləndirilir. Məsafədən işləmək o demək deyil ki, işçinin adı işdə getsin, amma faktiki fəaliyyət göstərməsin”.

İqtisadçı əlavə edib ki, çevik iş rejimi tətbiq olunarkən işçilərin sosial təminat, sığorta və pensiya hüquqları da etibarlı şəkildə qorunmalıdır. Onun sözlərinə görə, məsafədən işləmə modelində qeyri-rəsmi məşğulluğun aşkarlanması nəzarət orqanları üçün daha çətin ola bilər. "Çevik iş rejiminin uğurlu tətbiqi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi, həm işəgötürənlərin, həm də işçilərin hüquqlarının qorunması və qarşılıqlı razılıq prinsipinin əsas götürülməsi vacib şərtlərdir” deyə, o bildirib.  

Nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, istər ali və orta məktəblərin, istərsə də bağçaların tətilə çıxması ilə əlaqədar tıxacların ciddi şəkildə azaldığının şahidi oluruq: “Bu, hər zaman belə olur. Deməli, təhsil müəssisələrinin fəaliyyətinin yollardakı sıxlığa maksimum dərəcədə az təsir göstərməsi üçün müəyyən tədbirlər planı həyata keçirmək lazımdır. Bu da ancaq dərslərin başlama və bitmə vaxtlarının müəyyən qədər sürüşdürülməsi ilə bağlı ola bilər. Məsələn, əvvəllər məktəblər saat 09:00-da başlayırdı və eyni vaxtda hər kəs prospektlərə, küçələrə çıxaraq məktəbə və bağçaya doğru hərəkət edirdi. İndi isə tədbirlər planında dərslərin fərqli saatlarda başlaması nəzərdə tutulur. Məsələn, bir müəssisədə saat 08:00-da, digərində 09:00-da, başqasında isə 10:00-da. Düzdür, bu tam effektiv olmasa da, hər halda sıxlığı müəyyən qədər yüngülləşdirəcək”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 İyul 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri