Icma.az
close
up
RU
Bakıda Yeni il hazırlıqları başlayıb

Bakıda Yeni il hazırlıqları başlayıb

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakı şəhər və paytaxt rayonları icra hakimiyyətləri tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya bildirilib ki, artıq şəhərin parkları, meydan və küçələrinin bəzədilməsi, burada yeni il atributlarının, işıqlı çilçıraqların və digər dekorativ bəzəklərin quraşdırılması işləri yekunlaşmaq üzrədir. Aparılan bəzədilmə işləri paytaxtın gecə mənzərəsinə xüsusi gözəllik qatır.
Dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində ölkəmiz sürətlə inkişaf edir və bu gün xalqımızın əhval-ruhiyyəsi olduqca yüksəkdir. Buna uyğun olaraq da şəhərimizdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xüsusi hazırlıq və tərtibat işləri həyata keçirilir. Ənənəvi olaraq bayram tərtibatı işləri görülən Neftçilər prospekti, Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Xəqani Rüstəmov, mərkəzi bulvar küçələri, Xəqani bağı, Azərbaycan prospekti və bir sıra digər ərazilər də bayramla bağlı xüsusi zövqlə bəzədilir.
“Azneft” dairəsində isə yeni il şam ağacı kompleksi yaradılıb. Bu, şəhərin simvolik məkanlarından biri olan “Azneft” dairəsində bayramın qeyd edilməsinə dair formalaşmış ənənəni yaşadır və buraya gələn vətəndaşları, eləcə də turistləri möhtəşəm və yaddaqalan bir bayram görüntüsü ilə qarşılayır. Həmçinin Mərkəzi park və metronun “Gənclik” stansiyası yaxınlığındakı keçmiş “Antena” sahəsi kimi tanınan parklarda da paytaxt sakinləri və şəhərin qonaqlarının mənalı və xoş istirahəti üçün gözəl şəkildə bəzədilmiş şam ağacları quraşdırılır.
Bundan əlavə, paytaxt rayonlarının bir çox mərkəzi və onlara bitişik küçələrində də bayramla bağlı tərtibat işləri görülüb.
Bu hazırlıqlar yalnız bayram əhval-ruhiyyəsinin yaradılması ilə kifayətlənmir, eyni zamanda Bakı şəhərinin estetik gözəlliyini, müasir simasını və mədəni zənginliyini bir daha nümayiş etdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 Dekabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see536

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see255

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see242

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see213

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see204

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see198

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see196

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see189

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see188

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see184

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see182

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see176

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see174

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see170

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri