Bakıda yeni körpü inşa edildi
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən intensiv yağıntılar və güclü sel nəticəsində ziyan dəymiş yol infrastrukturunun bərpası istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Qaradağ rayonunda daha bir körpünün tikintisi başa çatdırılıb.
Qurumdan Bizim.Media-ya verilən məlumata görə, Qaradağ rayonunun Səngəçal–Çeyildağ avtomobil yolunun 13-cü kilometrində güclü sel sularının təsiri nəticəsində dağılmış körpünün əvəzinə yeni, biraşırımlı körpü inşa edilib.
Layihə çərçivəsində sel nəticəsində sıradan çıxmış körpü qurğusu yenisi ilə əvəz olunaraq yolun həmin hissəsində nəqliyyat infrastrukturunun bərpası təmin edilib.
Yeni körpünün inşası avtomobil yolunun dayanıqlığının artırılması, nəqliyyat əlaqəsinin etibarlılığının təmin olunması, həmçinin nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkəti baxımından mühüm əhəmiyyət daşıyır.
Görülən işlər nəticəsində selin yol infrastrukturuna vurduğu ziyanın aradan qaldırılması istiqamətində daha bir mühüm bərpa layihəsi yekunlaşdırılıb.
Qeyd edək ki, intensiv yağıntılar və güclü sel nəticəsində respublikanın müxtəlif bölgələrində avtomobil yollarına, körpülərə və digər yol qurğularına dəymiş ziyanın aradan qaldırılması istiqamətində bərpa-tikinti işləri Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilir.
Bizim.Media
Baxış sayı:79
Bu xəbər 28 Oktyabr 2026 08:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















