Bakıda yol qəzaları zamanı 5 svetofor dirəyi, 1 idarəetmə və 1 elektrik qutusuna zərər dəyib
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Havanın qarlı və şaxtalı, küləkli və yağışlı olması fərq etməz, əməkdaşlar 7/24 iş başındadırlar.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yol hərəkəti iştirakçılarının təhlükəsizliyi məsələsi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin daim diqqətindədir. Xüsusilə də qarlı havalarda, buzlu yol şəraitində baş verən hadisələr zamanı sıradan çıxan svetoforların yeniləri ilə əvəz edilməsi işləri aparılır, texniki nasazlıq səbəbindən yaranan problemlər qısa müddət ərzində həll edilir.
Paytaxt ərazisində soyuq hava şəraitinin başladığı gündən 26 fevral tarixinə qədər qəzalar zamanı 5 svetofor dirəyi, 1 idarəetmə və 1 elektrik qutusuna zərər dəyib. Hazırda da paytaxt yollarında svetoforlar diqqətdə saxlanılır, mütəmadi olaraq ərazilərə həm müşahidə kameraları vasitəsi ilə, həm də yerində baxış keçirilir.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 01 Mart 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















