Bakıdakı Avropa çempionatına vəsiqə uğrunda növbəti oyunlar olub
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Qadın voleybolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti matçlar keçirilub.
İdman.biz xəbər verir ki, müxtəlif qruplarda yeddi oyun baş tutub.
Şimali Makedoniya Yunanıstana, Danimarka Belçikaya, Estoniya Sloveniyaya, Gürcüstan İspaniyaya, Kosovo - Rumıniya 0:3, Latviya Bosniya və Herseqovinaya 2:3 hesabı ilə uduzub, Finlandiya Almaniyaya 3:1 hesabı ilə qalib gəlib.
Reqlamentə uyğun olaraq, qrup qalibləri ilə yanaşı, ikinci yeri tutacaq yeddi komandadan beşi Avropa çempionatına vəsiqə qazanacaq. Hazırda qruplara Almaniya, Belçika, Sloveniya, Latviya, İspaniya, Yunanıstan və Xorvatiya başçılıq edir.
Qeyd edək ki, Azərbaycan gələn il keçiriləcək Avropa çempionatının ev sahiblərindən biridir. Yarış ölkəmizlə yanaşı, Türkiyə, Çexiya və İsveçdə təşkil olunacaq.
İdman.biz
Baxış sayı:56
Bu xəbər 04 Avqust 2025 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















