Icma.az
close
up
RU
Bakıdakı Böyük Dəbilqə nin üç əsas MƏQAMI

Bakıdakı Böyük Dəbilqə nin üç əsas MƏQAMI

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Beynəlxalq Cüdo Federasiyası (IJF) bu gün Bakıda start götürəcək “Böyük Dəbilqə” turnirinin startı ərəfəsində yarışla bağlı diqqət yetirilməli olan üç məqamı qeyd edib.

İdman.biz xəbər verir ki, iştirakçılar arasında Olimpiya və dünya mükafatçılarının olması yarışın son dərəcə maraqlı keçəcəyini vəd edir.

Diqqəti çəkən ilk məqam kimi yarışda Yaponiyanın 19 cüdoçusunun mübarizə aparacağı qeyd olunur. Bu da hər çəki dərəcəsində ikidən çox yaponiyalı idmançının olması deməkdir. Onların arasında Olimpiya və dünya çempionları, eləcə də Dünya turunda öz imzalarını atmağa başlayan daha az titullu cüdoçular var.

İkinci məqam kimi turnirin ev sahibi - Azərbaycan komandasının böyük heyətlə çıxış edəcəyi və Yaponiya üçün ciddi rəqib olacağı vurğulanır: "Bununla belə, iki böyük idmançının - Olimpiya və dünya çempionları Hidayət Heydərov və Zelim Kotsoyevin yoxluğu diqqətdən yayınmır. Qızıl cütlük olmasa belə, şübhəsiz, fəxri kürsüyə qalxmağa bir neçə namizəd var".

Zelim Tskayevin Bakıda ötən turnirdə qazandığı çempionluğu qorumaq istəyəcəyi bildirilir: "O, 2024-cü ildə inamlı qələbə qazanaraq tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Tskayev həmin hissi yenidən yaşamağa çalışacaq. Onun əsas rəqibi kimi görünən Yuhei Oinonu (Yaponiya) çətin sınaq gözləyir".

Yazıda mükafata namizəd kimi digər idmançılarımızın da adları çəkilir: "Tskayevə yeniyetmələr arasında dünya birincisi Vüsal Qələndərzadə (-73 kq) də qoşulacaq. O, hələ Dünya turunda medal qazanmayıb, lakin getdikcə buna yaxınlaşır və öz ölkəsindəki yarışda qələbə onun cəhdləri üçün böyük mükafat olardı.
Dünya reytinqinin on nömrəsi Rəşid Məmmədəliyev (-73 kq) ötən il beşinci yeri tutub, bu dəfə isə fəxri kürsüyə qalxmaq istəyəcək. O, Paris Oyunlarına vəsiqə qazansa da, Heydərovla eyni çəkidə olduğundan ora gedə bilmədi, buna görə də Los-Anceles olimpiadası dövrünün başlanğıcında öz imzasını atmağa çalışacaq. 73 kq çəki dərəcəsində Azərbaycanın iki idmançısının fəxri kürsüyə qalxması mümkündürmü?"

Üçüncü məqam kimi Olimpiya oyunlarından sonra həmişə çoxlu dəyişikliklər və yeniliklərin olması qeyd edilir: "Bəzi idmançılar karyeralarını bitirib, gənclər əsas komandalara qoşulub və s. Yeniliklərdən biri də çəki dərəcələrinin dəyişdirilməsidir. Son dövrdə ikiqat dünya çempionları Daria Beloded (Ukrayna) və Nikoloz Şerazadişvili (İspaniya) çəki dərəcələrini artırıblar: birinci iki çəki, ikinci isə bir.

İndi, yeni dövrün başlanğıcında, bu maraqlı dəyişikliklər daha çox baş verir. 70 kq çəki dərəcəsində dünyanın beşinci cüdoçusu Elizabet Teltsidu (Yunanıstan) Bakıda 78 kq-da, 2016-cı ilin Olimpiya çempionu Rafaela Silva (Braziliya) və 2021-ci ilin dünya çempionu Cessika Klimkayt (Kanada) isə 63 kq-da mübarizə aparacaqlar. Məhsuldar karyeraları onların mükafatlara namizədlər olduğunu düşünməyə əsas verir, lakin çəkini dəyişmək həmişə sürprizlərə səbəb ola bilir və idmançıdan çeviklik tələb edir”.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Fevral 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri