Icma.az
close
up
RU
Bakıdakı Həştərxan Biznes Mərkəzi Qubadlıda 80 yerlik uşaq bağçası inşa edir

Bakıdakı Həştərxan Biznes Mərkəzi Qubadlıda 80 yerlik uşaq bağçası inşa edir

Bakıdakı Həştərxan Biznes Mərkəzi (Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı rayonunun Mahruzlu kəndində 80 yerlik uşaq bağçasının inşasını həyata keçirir.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin özünün teleqram kanalında məlumat verib.

O qeyd edib ki, belə bir məktəbəqədər müəssisəsinin tikintisi təşəbbüsünü Azərbaycan Prezidenti İlham Əliyev dəstəkləyib.

"Bərpadan sonra təxminən 700 ailənin məskunlaşacağı Mahruzlu kəndi infrastruktura çox ciddi ehtiyac duyur", - qubernator bildirib.

Onun sözlərinə görə, hazırda tikinti işləri qrafik üzrə gedir və artıq bünövrənin qoyulması başa çatıb: "Ümid edirəm ki, obyekti gələn ilin yayına təhvil verə biləcəyik. Açılışdan sonra bağça 80 uşağı qəbul edə biləcək".

Bizim WhatsApp kanalımıza abunə olun

seeBaxış sayı:58
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri