Neft ərazisinə düşən evlərlə bağlı VACİB XƏBƏR
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda neft müqavilələrinin əhatə etdiyi ərazilərə və ya mühafizə zolaqlarına düşən tikililərlə bağlı işçi qrupu yaradılıb.
Milli.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov Torpaq Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, işçi qrupu müvafiq qanun layihəsinin hazırlanması üzərində işləyir.
"Bütün aidiyyəti qurumlar plansız tikintilərin qarşısının alınması istiqamətində ciddi tədbirlər görür. Buna görə həm müvafiq qanun layihəsi hazırlayırıq, həm də qanunsuz tikililərin qarşısının alınması üçün işlərimizi davam etdiririk. Neft kontraktlarının əhatə etdiyi ərazilərdə və mühafizə zolaqlarında hüquqlarının tanınması mümkün olmayan tikililər var. Hazırlanacaq qanun layihəsi həmin tikililəri əhatə edəcək", - R. Şahbazov bildirib./report.az
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 16 Dekabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















