Icma.az
close
up
RU
Bakıdakı mundialın ilk turu: Sensasiya, darmadağın, təhlükəli debütantlar

Bakıdakı mundialın ilk turu: Sensasiya, darmadağın, təhlükəli debütantlar

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının ilk turu başa çatıb.

İdman.biz xəbər verir ki, iki gün ərzində 8 qrupda 16 matç keçirilib.

Bu görüşlər bəzi məqamlarla yadda qalıb.

56 qol
16 görüşdə 56 qol qeydə alınıb. Turun ilk günündə 33, ikinci günündə 23 top vurulub. Orta məhsuldarlıq 3,50-yə bərabər olub. D qrupunda daha çox – 19 qol vurulub. F qrupunda isə bu rəqəm 9-a bərabərdir. E qrupunun oyunlarını izləyənlər isə ən az – cəmi 3 qola şahid olublar.

Millimiz büdrəyib
Ötən mundialın 4-cüsü olan Azərbaycan millisi favorit olduğu çempionata xal itkisi ilə başlayıb. Elşad Quliyevin yetirmələri gözlənilmədən Bəhreynlə matçda büdrəyib. 1:1 hesablı bərabərlik çempionluq arzusunda olan komandamızın yarışa qələbə ilə başlamasına imkan verməyib.

Yenə Hindistan
Turun ən məhsuldar matçında 15 qol vurulub. Slovakiya Hindistanla görüşdə asiyalıları darmadağın edib. Əvvəlki mundiallarda da ikirəqəmlə ədəd sayında qollar buraxmağa adət edən hindistanlılar Bakıdakı yarışın da ən aciz komandası imicini qazanıb.

Çempiondan çətin qələbə
Bakıya titulunu qorumağa gələn Rumıniya artıq ilk turda çətinliklə üzləşib. Özbəkistanla qarşılaşmada ciddi müqavimətə rast gələn son çempion minimal fərqlə sevinib – 2:1. Fransa və Çadın da yer aldığı qrupda lider olan Rumıniyanın işi heç də asan görünmür.

İlk sensasiya
Millimizin Bəhreynlə oyunda xal itirməsi gözlənilməzlik sayılsa da, turun ən böyük sensasiyası F qrupuna olub. İki il əvvəl finalda uduzan Qazaxıstan Milli Gimnastika Arenasında mübarizəyə məğlubiyyətlə başlayıb. Vitse-çempion Polşa ilə matçda hesabı açsa da, sonda meydandan xalsız ayrılıb – 1:2.

“Ay-ulduzlular”dan uğurlu debüt
Azərbaycan millisinin iki il əvvəl bürünc medal uğrunda matçda uduzduğu Macarıstan üçün də çempionat xal itkisi ilə başlayıb. Onları mundialların debütantı Türkiyə büdrədib. “Ay-ulduzlular” güclü rəqibindən bir xal qoparıb – 1:1. Bir sözlə, BƏƏ-də yarımfinal oynayan dörd komandadan yalnız Rumıniya Bakıdakı ilk turda qələbə qazanıb.

Təhlükəli debütantlar
Tarixində ilk dəfə dünya çempionatına qatılan komandalar iddialı rəqiblər üçün təhlükəyə çevriliblər. 9 debütantdan yalnız üçü ilk turda uduzub. Özbəkistan son çempion Rumıniyaya (1:2), Çad Fransaya (0:1) müqavimət göstərə bilibsə (1:2), İsrail Serbiyaya 0:3 hesabı ilə məğlub olub. Türkiyə ilə Bəhreyn son mundialın yarımfinaıçıları Macarıstan və Azərbaycanla, millimizin qrupdakı rəqibləri Sloveniya ilə Mavritaniya bir-biri ilə heç-heçə edib – hamısı 1:1. Debütantlardan İndonzeziya Kosta-Rikanı 1:0, Polşa vitse-çempion Qazaxıstanı 2:1 hesabı ilə üstələyib.

Dörd darmadağın
İlk turun dörd görüşündə 3 və ya daha çox top fərqi qeydə alınıb. Slovakiya Hindistanı 15:0 hesabı ilə darmadağın edib. Avropalıların duelində İngiltərə Ukraynanı 4 qolla məyus edib. H qrupunun hər iki görüşü 3:0 hesabı ilə bitib. İspaniya Qananı, Serbiya İsraili bu nəticə ilə məyus edib.

Futbol ənənələri minifutbola gəlir
Futbol üzrə dünya çempionu olan ölkələrdən heç biri indiyədək eyni uğuru minifutbolda təkrarlamayıb. Amma böyük futbol ənənələrinə malik yığmalar Bakıda uğurlu starta seviniblər. İngiltərə Ukraynanı 4:0, İspaniya Qananı 3:0, Fransa Çadı 1:0 hesabı ilə məğlub edib. Çexiyaya 1:2 hesabı ilə uduzan Argentina da ilk görüşdə xoş təsir bağışlayıb. Klassik futbolda çempion olan 4 ölkə - Braziliya, Almaniya, İtaliya, Uruqvay isə minifutbol mundialında iştirak etmir.

Qeyd edək ki, çempionatın qrup mərhələsinin II turunun oyunları mayın 23-24-də keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 May 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri