Icma.az
close
up
RU
Bakıdakı rəhbərlik də Niftəliyevin “qələmini qırdı”! paytaxtda əyləşən kimdi?

Bakıdakı rəhbərlik də Niftəliyevin “qələmini qırdı”! paytaxtda əyləşən kimdi?

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

“Mingəçevir”in baş məşqçisi Ədəhim Niftəliyevlə yolları ayırması komandayla bağlı futbol ictimaiyyətində səs salan xəbərlərin yayılmasıyla müşayiət edildi. Danışılmış oyunlar, saxlanılan futbolçular, gözlənilən yeni baş məşqçi təyinatı, yeni illə birgə gələn sponsor və s... Diqqəti çəkən əsas məsələ isə sabiq çalışdırıcının içində biz də olmaqla mətbuata verdiyi ilginc açıqlamalardı.

Qısası, Niftəliyev ayrılığın yalnız şifahi şəkildə baş tutduğunu, yekun qərarın Bakıdakı rəhbərliklə görüşdə bəlli olacağını dedi. Baxmayaraq ki, klubun rəsmi sosial şəbəkə hesabında dərc edilən məlumatda vidalaşmanın qarşılıqlı razılıq əsasında olduğu qeyd edilib. Belədə məsələni araşdırmağı lazım bildik və ortaya cəlbedici bilgilər çıxdı.
“Football-plus.az” məlumat əldə etdi ki, mütəxəssisin “Bakıdakı rəhbərlik” adlandırdığı şəxs Ayaz Əliyevdi. Söhbət İqtisadiyyat Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışan şəxsdən gedir. Elə “Mingəçevir”də əsas söz sahibi də odu. Sadəcə, Ayaz bəy yaxın dostu Nurlan Əhmədovu İdarə Heyətinin sədri seçməklə özünü pərdə arxasında saxlayıb. O başqa məsələ ki, Əliyev indi Niftəliyevlə görüşmək niyyətində deyil.
Mənbəmizin verdiyi məlumata görə, Ədəhim bəyin komandada yaratdığı xoşagəlməz ab-hava, mətbuatda yayılan xəbərlər, kollektivin sonuncu pillədə qərarlaşması, “nur şəhəri”nin təmsilçisində yaşanan şübhəli ayrılıqlar mübasibətlərin soyuqlaşmasına səbəb olub. Elə bu məsələlər Niftəliyevin “Mingəçevir”dən uzaqlaşdırılmasıyla nəticələnib.
Hər halda, hər kəs AFFA-nın danışılmış oyunlarla bağlı davam etdirdiyi araşdırmanın sona çatmasını və yekun qərarın açıqlanmasını gözləyir. Ədəhim bəyin ümidləri isə puç olmaqdadı. Başqa sözlə, onun üçün “Mingəçevir” məsələsi sona çatıb. Sadəcə, bunu özü etiraf etməlidi.
Edəcəkmi? Başqa yolu yoxdu. O özü də hər şeydən xəbərdardı!
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Dekabr 2024 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri