ABŞ Ermənistana girir, İran və Rusiya... ABŞ mediası
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
TRİPP layihəsi həm Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişənin həllinə, həm də ABŞ-ın Qafqaz regionundakı təsirinin gücləndirilməsinə xidmət edir.
Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Eksamayner” məlumat yayıb.
“TRİPP layihəsinin icrası bir müddət dayandırılsa da, nəhayət, bu həftə tikinti işlərinə başlanılıb. Layihə Azərbaycan, Türkiyə, Ermənistan və ABŞ üçün mühüm quru ticarət marşrutuna çevriləcək. Bu marşrut Türkiyənin İran və Rusiyadan yan keçməklə daha geniş türk dünyası ilə əlaqə qurmasına imkan verəcək.
ABŞ bu marşrutun ən maraqlı tərəflərindən birinə çevriləcək, əhəmiyyətli iqtisadi investisiyalar yatırmaqla yanaşı, Ermənistan və Azərbaycanla tərəfdaşlıq əlaqələrini də möhkəmləndirəcək. Ermənistan Rusiyanın tarixi müttəfiqidir və faktiki olaraq onun himayəsi altında fəaliyyət göstərib, ABŞ-la rəsmi münasibətləri isə minimum səviyyədə olub. TRİPP layihəsi və Trampın Ermənistan və Azərbaycana dair təşəbbüsləri ikitərəfli münasibətləri görünməmiş dərəcədə yüksək səviyyəyə çatdırıb, Rusiyanın “arxa bağçası” hesab olunan regionu ABŞ-la rəqabət zonasına çevirib”, - məlumatda bildirilib.
Nəşr onu da qeyd edib ki, tarixən Ermənistanla sıx əlaqələr saxlayan İran bu marşrutla bağlı getdikcə daha çox narazılığını ifadə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 26 Noyabr 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















