Bakıdakı “Rus Evi”nin bağlanmasına Rusiya belə REAKSİYA VERDİ KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Kreml Bakıdakı “Rus Evi”nin (“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi) bağlanmasını anlaşılmazlıq adlandırıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov baş verən hadisələri jurnalistlərə şərh edərkən deyib.
“Biz buna təəssüf edirik. Hesab edirik ki, bu, həll edilə bilən anlaşılmazlıqdır”, – deyə o, qeyd edib.
Xatırladaq ki, Azərbaycan fevralın 3-də Bakıdakı “Rus Evi”nin fəaliyyətinin dayandırılması ilə bağlı Rusiya tərəfinə rəsmi nota göndərib.
Bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya Evinin bağlanması qərarını nəzərə alaraq, Bakı Moskvanın müvafiq tədbirlər görəcəyini gözləyir.
Diplomatik qurumun nümayəndəsi qeyd edib ki, USAİD və ya Rus Evi kimi təşkilatların Azərbaycan ərazisində fəaliyyəti milli qanunvericiliyə uyğun olaraq tənzimlənməlidir.
Günel Mikayılova,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 07 Fevral 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















