Bakıdakı toplantının tarixi mahiyyəti: Türkoloqlar qurultayının iştirakçıları ya sürgün edildilər, ya da...
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"100 il əvvəl 131 türkoloqun iştirakı ilə belə bir qurultayın keçirilməsi, 17 iclasda 38 məsələnin günlərlə müzakirəsi çox vacib hadisədir".
Bunu Baku TV-də Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş layihənin yeni buraxılışında "Türk ədəbiyyatı" dərgisinin baş yazarı İmdat Avşar deyib.
O qeyd edib ki, təxminən 100 il sonra bir qismi ilə bağlı nəticə əldə edilən - ortaq dil, əlifba, ədəbiyyat, dərs kitabları kimi məsələlərin təməlləri Birinci Türkoloji Qurultayda atılıb.
İmdat Avşar vurğulayıb ki, bu da Qurultayda iştirak edən elm adamlarının nə qədər uzaqgörən olduğunu bir daha sübut edir.
"İosif Stalinin 1937-ci ildə başlatdığı təzyiq, təqib və şiddət siyasəti türkologiya ilə məşğul olan elm adamlarının ya edamına, ya da sürgün edilməsinə zəmin hazırladı", - deyə o, sözlərinə əlavə edib.
Daha ətraflı videomaterialda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 02 Dekabr 2025 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















