Icma.az
close
up
RU
Menu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

Alimlər qanadsız külək turbinini yaradıblar...

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

Əhmədinejat öldürülüb? Ofisi məlumat yaydı

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

“Zəngəzur dəhlizi açılacaq, başqa yol yoxdur”

ASC və MMC yə məxsus əmlaklar hərraca çıxarılacaq

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

Hansı ölkələr İrana kömək edir? Gizli dəstəyin gizli tərəfləri ŞƏRH

Sumqayıtda yol qəzası baş verib, ölən və xəsarət alan var

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

İrandan mal gətirənlərə PİS XƏBƏR Bahalaşma…

Survivor dan qazancı məlum oldu

SEPAH İsrailə qarşı “10 cu dalğa”ya BAŞLADI

Ermənistan polisi rusiyalı iş adamı Samvel Karapetyanın evində axtarışlara başlayıb

İsrailin İran hədəfləri üçün yeni bombaya ehtiyacı var I Ekspert detalları açıqlayıb

Şoyqunun Pxenyan səfərinin səbəbi məlum OLDU

Bakıdan Jiansuya qədər: Azərbaycanlı tələbənin uğur hekayəsi

Bakıdan Jiansuya qədər: Azərbaycanlı tələbənin uğur hekayəsi

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 19 iyun, Günel Alıyeva, AZƏRTAC

AZƏRTAC xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı tələbələr haqqında bəhs etməkdə davam edir.

Növbəti həmsöhbətimiz Çinin aparıcı universitetlərindən biri olan Jiansu Universitetinin (“Jiangsu University”) tələbə-doktorantı Tağı Məmmədov oldu. O, “Jiangsu University Presidential Scholarship for PhD Candidates” nüfuzlu prezident təqaüdü üzrə təhsil alır və Azərbaycanı beynəlxalq elmi mühitdə yüksək akademik səviyyədə təmsil edir.

Onun akademik tərcümeyi-halında parlaq və gözlənilməz, lakin son dərəcə əlamətdar məqamlardan biri də Azərbaycan Prezidenti İlham Əliyevdən müsahibə aldığı zamanı məşhur Çin jurnalisti Liu Sin (Liu Xin) tərəfindən onun adının çəkilməsi olub. Bu hadisə təkcə tələbənin deyil, özünü beynəlxalq aləmdə inamla bəyan edən bütün Azərbaycan gənclərinin tanınması rəmzinə çevrildi.

Tağı ali təhsilinə Azərbaycanda, Xəzər Universitetində başlayıb, burada o, marketinq ixtisası üzrə bakalavr dərəcəsi alıb. Həmsöhbətimizin qeyd etdiyi kimi, o, 2017-ci ildə universitetə qəbul olanda Azərbaycanda marketinq hələ indiki qədər geniş yayılmamışdı. Buna baxmayaraq, o, bu istiqamətdə böyük potensial gördü və marketinq strategiyalarını, istehlakçı davranışını və brendlərin idarə edilməsini öyrənərək strateji seçim etdi.

Sonra beynəlxalq təcrübə və daha geniş akademik dünyagörüşünə can atan gənc “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yay məktəbində iştirak etdi və ilk dəfə Çinə yollandı. Onun gələcəklə bağlı təsəvvürünü dəyişən də məhz 2019-cu ildəki bu səfər oldu.

“Bu, taleyüklü bir səfər idi. Mən tamamilə fərqli həyat ritmi, sürətli inkişaf, innovasiyaya yönəlmiş müasir şəhərləri gördüm. Xüsusilə biznes, idarəetmə və rəqəmsal texnologiyalar sahələri məni heyrətə gətirdi. Çin mənim üçün sadəcə istiqamət olmadı, o, məqsədə çevrildi”, - deyə tələbə bəhs edir.

Seçim Çində ilk onluğa daxil olan Pekin Texnologiya İnstitutuna (“Beijing Institute of Technology”) düşdü. Tağının sözlərinə görə, onun seçiminə təkcə şəxsi təəssüratları deyil, həm də orada təhsil alan digər tələbələrin müsbət rəyləri də təsir edib:

“Beijing Institute of Technology” ən yüksək beynəlxalq standartlara cavab verən təhsil təklif edir. Müasir laboratoriyalar, aktual proqramlar, zəngin akademik mühit - bütün bunlar həlledici oldu. Üstəlik məni həqiqətən də ruhlandıran idarəetmə və rəqəmsal iqtisadiyyat sahəsində tədqiqat aparmaq üçün unikal imkan”, - deyə həmsöhbətimiz izah edir.

Bu gün Tağı xüsusilə güclü idarəetmə elmi proqramları ilə Çinin aparıcı tədqiqat universitetlərindən biri olan Jiansu Universitetində PhD səviyyədə təhsilini davam etdirir.

“Mən Jiansu Universitetini təsadüfən seçmədim. O, həqiqətən də yüksək elmi potensiala malikdir. Universitet sənaye strukturları ilə fəal əməkdaşlıq edir, beynəlxalq layihələri həyata keçirir və tələbələrə biliklərini praktikada tətbiq etmək imkanı təqdim edir”, - deyə Tağı qeyd edib.

Universitet əcnəbi tələbələrə xüsusi diqqət yetirir, onların uyğunlaşması və inkişafı üçün rahat şərait yaradır.

“Burada mentorluq və akademik dəstək sistemi mövcuddur. Uyğunlaşdırılmış kurslar, mentorluq və hər bir tələbəyə fərdi yanaşma var”, - deyə gənc bəhs edir.

O vurğulayır ki, Çinin aparıcı universitetlərinə qəbul olmaq üçün sadəcə qiymətlər kifayət etmir.

“Qəbul vaxtı təkcə akademik göstəriciləri deyil, həm də tələbənin əvvəlki təhsil səviyyəsindəki fəallığı, sosial layihələrdə iştirakı, tədqiqat potensialı və gələcək hədəfləri nəzərə alınır”, - deyə tələbə izah edib.

Azərbaycan və Çinin təhsil sistemləri arasındakı fərqlərdən danışan Tağı vurğulayır ki, hər iki ölkənin universitetlərinin qarşıya qoyduqları məqsədlər əsasən oxşardır. Amma bu məqsədlərə gedən yol, infrastruktur və təhsil fəlsəfəsi fərqlidir.

“Həm Azərbaycanda, həm də Çində təhsil bir əsas vəzifə üzərində qurulur - tələbəyə bilik və peşəkar bacarıqlar vermək. Lakin yanaşmalar həqiqətən fərqlənir. Çin sistemi daha çox tələbənin tədqiqatçı kimi hərtərəfli inkişafına yönəlib”, - deyə o bildirir.

Bununla belə, Tağı hesab edir ki, ən dərin fərq akademik məzmunda – elmi-tədqiqat fəaliyyətinin prioritetindədir.

“Çində magistratura pilləsindən başlayaraq, artıq sadəcə oxumursan, elmi həyatda iştirak edirsən. Səndən nəşrlər, layihələr, konfranslarda çıxışlar gözləyirlər. Bu, fakültativ deyil, mütləq akademik proqramın bir hissəsidir. Azərbaycanda da bu istiqamətdə müsbət irəliləyişlər var, lakin hələlik diqqət daha çox nəzəri əsaslara yetirilir”, - deyə tələbə fikirlərini bölüşür.

Şagirdlər və müəllimlər arasındakı münasibətlərin fərqli xarakteri də az əhəmiyyət kəsb etmir.

“Azərbaycanda müəllimlərlə münasibətlər bir qayda olaraq daha səmimi olur. Bu, xüsusilə təlimin ilkin mərhələlərində çox dəyərlidir. Çində münasibətlər daha formal xarakter daşıyır. Müəllim yalnız elmi rəhbərdir”, - deyə Tağı izah edir.

O, vurğulayır ki, hər ikisinin – həm Azərbaycan, həm də Çin yanaşmasının öz güclü tərəfləri var. Əsas odur ki, onun fikrincə, onları qarşı-qarşıya qoymamaq, hər bir modeldən ən yaxşı cəhəti birləşdirə bilməkdir.

Tələbənin təhsili iki - ingilis və çin dillərinin qarşılıqlı əlaqəsində qurulur. Magistratura əsasən ingilis dilində aparılırdı, lakin gündəlik həyat, inzibati prosedurlar və seminarların bir hissəsi üçün Çin dilini bilmək tələb olunur.

Onun sözlərinə görə, Çində dil baryeri ilə ilk qarşılaşma kifayət qədər çətin olub.

“Mən kampusdan çıxanda əsl sınaq başlayırdı”, - deyə tələbə xatırlayır. Yemək sifariş etmək, qatar bileti almaq, bankda izah etmək - hər şey axtarışa çevrilirdi”, - deyə həmsöhbətimiz söyləyir.

Dil maneəsini aradan qaldırmaq üçün Tağı məqsədyönlü şəkildə Çin dilini öyrənməyə başladı - o, kurslara gedirdi, dil daşıyıcıları ilə ünsiyyət qururdu, gündəlik həyatda bu dildə danışırdı.

“Zamanla həm şifahi, həm də yazılı nitq bacarıqlarım xeyli təkmilləşdi və indi nəinki gündəlik situasiyalarda, həm də akademik mühitdə sərbəst ünsiyyət qururam”, – deyə istedadlı tələbə danışıb.

Bu gün o, həm gündəlik, həm də akademik ünsiyyətdə Çin dilində sərbəst danışır.

Tağı Çinə ilk dəfə gələndə Çin cəmiyyətinin nizam-intizamı, dəqiqliyi və texnoloji təbiəti onu dərindən heyran etdi. Onların nizam-intizamı sözün əsl mənasında hər şeydə hiss olunurdu.

“Məni həqiqətən təəccübləndirən ilk şey təşkilatçılığın səviyyəsi oldu. İnsanlar sakitcə avtobus növbəsində durur, bir-birini itələmir, lazımsız yerə tələsmir. Hər şey qayda ilə. Hətta kampusda da: hər kəs yemək yedikdən sonra qablarını qaytarır, hər şey təmiz və sakit, təlaşsızdır. Mən hiss etdim ki, burada qaydalara hörmət tələb deyil, tələbə mədəniyyətinin bir parçasıdır”, - deyə vurğulayıb.

Onun xatirələrində çinlilərin əcnəbilərə münasibəti xüsusi yer tutur. Mədəni fərqlərə baxmayaraq, o, özünü bu mühitdə həqiqətən də yad adam deyil, başa düşmək və dəstəkləmək istədikləri qonaq kimi hiss edirdi.

“İnsanlar mənim əcnəbi olduğumu biləndə həmişə mənə kömək etməyə çalışırdılar, suallar versəm səbrlə hər şeyi izah edirdilər. Universitetdə müəllim və tələbələrdən aldığım diqqət və dəstək xüsusilə vacib idi - bu mənim adaptasiya prosesimi xeyli asanlaşdırdı”, - deyə o qeyd edib.

Əcnəbi tələbələrlə qarşılıqlı əlaqə Tağının həyatında xüsusi yer tutur. Jiansu Universitetində 35-dən çox ölkənin nümayəndələri təhsil alır. O qeyd edib ki, bu multikultural mühit onlara müxtəlif mədəniyyətlərlə tanış olmaq, fikir mübadiləsi aparmaq və qlobal əlaqələr qurmaq üçün unikal imkan yaradır.

“Jiansu Universitetində 35-dən çox ölkədən tələbələr təhsil alır. Bu ilk gündən hiss edilir. Özünü əsl mədəni kaleydoskopda hiss edirsən: dillər, adət-ənənələr, dünyagörüşü - hər şey bir-birinə qarışır”, - deyə tələbə əlavə edib.

Tağı dostluq etdiyi insanlar haqqında xüsusi səmimiyyətlə danışır. Təhsil aldığı illər ərzində Mərakeş, Keniya, Rusiya, Kuba, Nigeriya, Qazaxıstan və Türkmənistandan olan gənclərlə aralarında həqiqətən yaxın münasibətlər qurulub.

“Bizim çox səmimi münasibətlərimiz var. Bu tanışlıqlar sayəsində mən mədəni üfüqlərimi genişləndirdim, həm də müxtəlif sahələrdə bilik mübadiləsi aparmaq, layihələr çərçivəsində əməkdaşlıq etmək imkanı əldə etdim”, - deyə həmsöhbətimiz bəhs edib.

Tağı asudə vaxtını təkcə istirahət üçün istifadə etməməyə çalışır. O, mədəniyyət festivallarında, könüllülük təşəbbüslərində və beynəlxalq tələbə forumlarında fəal iştirak edir.

O, Azərbaycan Prezidenti İlham Əliyevin tanınmış çinli jurnalist Liu Sinə verdiyi müsahibəni xatırlayaraq, beynəlxalq yayımda gözlənilmədən azərbaycanlı gənc Tağı Məmmədovun adının çəkilməsini həyəcanlı an adlandırıb.

“Bu, mənim üçün tamamilə gözlənilməz oldu. Dövlət başçısının tanınmış jurnalistlə söhbətində dolayısı da olsa adımın səsləndirilməsini eşitdikdə, təəccübdən dərin qürura qədər əsl emosiya dalğası yaşadım”, - deyə Tağı xatırlayır.

Həmsöhbətimizin bəhs etdiyi kimi, onun Liu Sinlə tanışlığı, həmin yaddaqalan efirdən bir neçə ay əvvəl olub. O, Çin iqtisadiyyatı məsələlərinə həsr olunmuş diskussiya proqramlarından birində iştirak edirdi. Çox güman ki, onun ideyaları, aktiv vətəndaş mövqeyi və açıq arqumentləri məhz o vaxtdan aparıcının yaddaşında qalıb.

“Düşünürəm ki, bu diqqət təsadüf deyil”, - deyə o qeyd edir. Bu, çoxillik zəhmətin, biliyə həvəsin, akademik həyatda fəal iştirakın və hər şeydən əvvəl işimə olan səmimi məhəbbətin nəticəsidir. Mən həmişə istənilən məsələyə məsuliyyətlə yanaşmağa çalışmışam və səylərimin diqqətdən kənarda qalmadığını görmək, şübhəsiz ki, ruhlandırıcıdır”, - deyə o izah edib.

Onun üçün bu epizod sadəcə şəxsi qürur anı olmadı. O, bunu Azərbaycan gəncliyinin görünən, eşidilə biləcəyinin və öz ölkəsini qlobal səviyyədə layiqincə təmsil etməsinin sübutu kimi qəbul edir. O, vurğulayır ki, bu, təkcə onun xidməti deyil, həm də ölkənin beynəlxalq əməkdaşlıq və elmin inkişafı ilə bağlı strateji kursu sayəsində bu gün Azərbaycan gəncliyinin qarşısında açılan imkanların nəticəsidir.

“Həmin anı həyatımdakı ən vacib anlardan biri hesab edirəm. O, mənim üçün ən güclü motivasiya mənbəyi və məşğul olduğun işi səmimi sevdiyində, özünü inkişaf etdirib Vətənə hörmət etdiyində, bunun, mütləq uğura gətirib çıxaracağının sübutu oldu. Əsas təslim olmamaq və irəli getməkdir”, - deyə Tağı bildirir.

Son illər Azərbaycan gəncləri elm, texnologiyalar, diplomatiya, sahibkarlıq və bir çox digər sahələrdə inamla aparıcı mövqelərə çıxıb. Və hər bir beynəlxalq tanınma sadəcə növbəti titul və ya nailiyyət deyil. Bu, ümumi hərəkatın bir hissəsidir, burada gənc peşəkarlar nəsli dünyaya nümayiş etdirir: Azərbaycanın güclü, savadlı və iddialı gələcəyi var.

“Mənim etirafım gənclərimizin nailiyyətlər xorunda sadəcə bir səsdir. Bu, qətiyyət, sistemli dəstək və Vətənə sədaqət olduqda bizim çox şeyə qadir olduğumuza işarədir. Beynəlxalq medianın diqqətini bir mesaj kimi qəbul edirəm: bu gün azərbaycanlı gənc olmaq dəyişikliklərin bir hissəsi olmaq, yeni dəyərlərin və ideyaların daşıyıcısı olmaq deməkdir”.

Tağı vurğulayır ki, bütün bunlar gənc nəslin inkişafına yönəlmiş düşünülmüş dövlət siyasəti sayəsində mümkün oldu. Müasir təhsil proqramları, beynəlxalq təşəbbüslər, tələbə layihələrinə və akademik mübadilələrə dəstək gənclərin həm inkişaf edə, həm də başqalarını ruhlandıra bildiyi mühit yaradır.

“Mən bu dalğanın bir parçası ola biləcəyimdən qürur duyuram. Tərif naminə deyil, ruhlanma xatirinə nümunə olmaq. Mən Azərbaycan gənclərini gələcəkdə beynəlxalq arenada layiqincə təmsil etmək üçün bu yolu davam etdirmək niyyətindəyəm. Axı irəliyə doğru atılan hər bir addım güclü, müasir və hörmətli Azərbaycana doğru bir addımdır”.

Çətinliklərdən danışarkən, fərqli mədəni və təhsil mühitinə düşən hər bir azərbaycanlı tələbə keçdiyi sınaqlardan danışa bilər. İlk növbədə, gəlmə tələbə mədəni fərqliliklərlə üzləşir.

“Əvvəlcə başa düşmürsən ki, niyə danışanda kimsə sənin gözünün içinə baxmır, müəllim niyə belə sərt danışır, əslində o, sadəcə olaraq qaydanı izah edir. Hər şey qeyri-adi görünür, amma buna hörmətlə yanaşsan, get-gedə ümumi dil tapırsan”, - deyə Tağı izah edir.

Digər problem qastronomik uyğunlaşmadır. Çin mətbəxi qədim mədəniyyətinə və inanılmaz müxtəlifliyinə baxmayaraq, Azərbaycan zövqünə kifayət qədər ekzotik görünə bilər.

“Toyuq şorbası və ya özünəməxsus souslu yeməklər əvvəlcə insanı şoka salır. Çörəyimiz, dolmamız, plovumuz üçün darıxırdım. Amma zaman keçdikcə sınamağa başlayırsan, dadlı nəsə tapırsan, hətta bəzən yerli mətbəxə aşiq olursan. Bəziləri isə doğma dad üçün darıxmamaq məqsədilə sadəcə özləri bişirməyi öyrənirlər”, - deyə həmsöhbətimiz bəhs edir.

Lakin Tağı bütün bu çətinliklərin müvəqqəti olduğunu vurğulayır. Onlar daha yetkin və şüurlu şəxsiyyətə gedən yolda addımlara çevrilir.

Gələcək planlarından danışan Tağı öz missiyasını dəqiq bilir: Azərbaycan və Çin arasında bir növ intellektual və mədəni körpü olmaq. Elm, təhsil, ticarət, logistika və texnologiyalar kimi sahələrdə ikitərəfli əməkdaşlığın böyük potensialına əmin olaraq, ölkələr arasında qarşılıqlı anlaşmaya kömək edəcək və peşəkar mübadilələri dərinləşdirəcək konkret layihələrdə iştirak etməyi xəyal edir.

Onun əsas prioritetlərindən biri əldə etdiyi bilikləri yerli təcrübədə tətbiq etmək məqsədi ilə Azərbaycana qayıtmaqdır. İstedadlı tələbə gənclərin beynəlxalq təhsil sahəsində üfüqlərini genişləndirmək, həmyaşıdlarını inkişafa ruhlandırmaq və yeni nəslə örnək olmağı xəyal edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

18 İyun 2025 13:47see253

Alimlər qanadsız külək turbinini yaradıblar...

17 İyun 2025 20:37see201

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

18 İyun 2025 01:07see174

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

18 İyun 2025 01:26see157

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

18 İyun 2025 01:31see138

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

18 İyun 2025 17:44see130

Əhmədinejat öldürülüb? Ofisi məlumat yaydı

17 İyun 2025 23:39see124

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

17 İyun 2025 17:04see124

“Zəngəzur dəhlizi açılacaq, başqa yol yoxdur”

17 İyun 2025 23:25see124

ASC və MMC yə məxsus əmlaklar hərraca çıxarılacaq

18 İyun 2025 15:24see122

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

17 İyun 2025 19:27see122

Hansı ölkələr İrana kömək edir? Gizli dəstəyin gizli tərəfləri ŞƏRH

17 İyun 2025 21:26see122

Sumqayıtda yol qəzası baş verib, ölən və xəsarət alan var

18 İyun 2025 01:15see122

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

18 İyun 2025 17:16see119

İrandan mal gətirənlərə PİS XƏBƏR Bahalaşma…

17 İyun 2025 15:54see118

Survivor dan qazancı məlum oldu

18 İyun 2025 17:25see117

SEPAH İsrailə qarşı “10 cu dalğa”ya BAŞLADI

17 İyun 2025 20:38see115

Ermənistan polisi rusiyalı iş adamı Samvel Karapetyanın evində axtarışlara başlayıb

17 İyun 2025 18:51see115

İsrailin İran hədəfləri üçün yeni bombaya ehtiyacı var I Ekspert detalları açıqlayıb

17 İyun 2025 20:19see115

Şoyqunun Pxenyan səfərinin səbəbi məlum OLDU

17 İyun 2025 15:45see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri