Icma.az
close
up
RU
Bakıdan Naxçıvanadək: Şəhərlərimiz hansı mənbələrdən su içir?

Bakıdan Naxçıvanadək: Şəhərlərimiz hansı mənbələrdən su içir?

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 6 fevral, AZƏRTAC

Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan və Naxçıvan şəhərlərinin su təchizatı sistemlərində mənbələrdən (yerüstü və yeraltı) qəbul edilən suyun içməli su səviyyəsinə çatdırılması, suyun təhlükəsizliyinin təmin edilməsi, bir sıra sutəmizləyici, zərərsizləşdirici qurğular, o cümlədən mənbədən – istehlakçıya qədər suyun keyfiyyətinin və təhlükəsizliyinin müəyyənləşdirilməsi üçün 12 sayda kimyəvi – bakterioloji təhlil laboratoriyaları fəaliyyət göstərir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən AZƏRTAC-a bildirilib ki, proses “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” AZS 929:2023 dövlət standartının tələblərinə uyğun aparılır.

Bakı şəhəri 5 mənbədən qidalanır. Bunlardan biri Ceyranbatan gölüdür. Göldən qəbul edilən su həm açıq tipli qum süzgəcli sutəmizləyici qurğularda, həm də innovativ su təmizləmə metodlarına əsaslanan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində emal edilərək, qurğudaxili su anbarlarında xlor tərkibli reagentlərlə zərərsizləşdirilərək mərkəzi su anbarlarına, nasos stansiyalarına, su təchizatı şəbəkələrinə və sonda istehlakçılara ötürülür.

Bundan əlavə Şollar-Bakı və İkinci Bakı su kəməri yeraltı mənbələrdən əldə edilən və Xaçmaz şəhərindən nəql edilən su 1 saylı və 2 saylı H.Z.Tağıyev adına nasos stansiyalarında zərərsizləşdirilərək istehlakçılara verilir.

Qurumdan bildirilib ki, mənbələrdən biri də uzunluğu 264,5 kilometr olan Oğuz-Qəbələ-Bakı su kəməridir. Subartezian quyulardan götürülən içməli su diametri 2000 millimetrlik magistral boru vasitəsilə 8 rayonun ərazisindən keçməklə Bakı şəhərinə ötürülür. Həm mənbə ərazisində, həm də Atyalı qəsəbəsi ərazisində yerləşən paylayıcı kameralarda zərərsizləşdirilərək paytaxtın su təchizatının bir hissəsini qidalandırır.

Mənbələrdən biri də Kür çayıdır. Hacıqabul rayonun Talış kəndində yerləşən Kür sutəmizləyici qurğularında emal olunan su açıq tipli qum süzgəclərində təmizlənərək üç mərhələli emaldan keçməklə Kür-Bakı xətti vasitəsilə Bakı şəhərinin bir hissəsini təmin edir.

Sumqayıt şəhəri Şollar-Bakı, İkinci Bakı su kəməri və Ceyranbatan qurğularından qidalanır.

Gəncə şəhərinə verilən içməli suyun bir hissəsi Şəmkirçay sutəmizləyici qurğularında açıq tipli qum süzgəci vasitəsilə təmizlənir, zərərsizləşdirilərək əhaliyə ötürülür. Bununla yanaşı, Göygöl yaxınlığındakı bulaqlar, Gəncəçayın məcrasında olan Qızılqaya su mənbələri də zərərsizləşdirilərək şəhəri içməli su ilə təmin edir.

Mingəçevir şəhərini içməli su ilə təmin etmək üçün xam su Mingəçevir su anbarından sutəmizləyici qurğulara verilir. Qurğularda su 28 ədəd qapalı qum süzgəcindən keçərək asılı hissəciklərdən təmizlənir və maye xlorla zərərsizləşdirilir. Emal olunmuş su mərkəzi su anbarına ötürülür və əhaliyə çatdırılır.

Şirvan şəhərinə içməli su Kür-Bakı xəttindən ayrılan Şirvan-Muğan qrup su kəməri vasitəsilə ötürülür.

Naxçıvan şəhərinin su təchizatı isə mənbə olaraq Heydər Əliyev su anbarından qidalanır. Naxçıvan şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksində 1 ədəd 1500 kubmetrlik xam su anbarı və 3 ədəd ümumi tutumu 25 min kubmetrlik təmiz su anbarı mövcuddur. Kompleks müasir avadanlıqlardan ibarət membran filtr ozon qurğusu, Bernulli, kartuş və Y-tipli filtrlərlə təchiz edilib. Kompleksdə hazırda 2016 ədəd membran filtri istifadə edilir.

İri Şəhərlərdə mövcud olan mərkəzi, məhəllədaxili içməli su anbarları Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmış şəkildə ən azı ildə bir dəfə yuyulur.

Su anbarlarının yuyulması prosesindən sonra sututarlara doldurulan sudan götürülən nümunələr həm Mərkəzi Laboratoriya, həm də Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən analiz olunur. Mərkəzi Laboratoriya 65 parametr üzrə təhlillər aparma imkanına malikdir.

Bu parametrlərə suyun bulanıqlığı, suyun elektrik keçiriciliyi, codluğu, qalıq xlor miqdarı, onun tərkibində olan minerallar, kalsium, maqnezium, nitratlar, nitritlər, xloridlər və s. kimi ümumi göstəricilər aiddir. Eyni zamanda mikrobioloji göstəricilər ümumi bağırsaq çöpünün miqdarı, patogen bağırsaq çöplərinin miqdarı, suyun dadı, iyi, qoxusu, bulanıqlılığı, pH səviyyəsi də müəyyənləşdirilərək normalara uyğunlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2026 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri