Icma.az
close
up
RU
Bakıdan son xəbərdarlıq: Müharibəyə hazırıq /Müsahibə

Bakıdan son xəbərdarlıq: Müharibəyə hazırıq /Müsahibə

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, ABŞ ilə Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq haqqında sazişin mahiyyətini necə dəyərləndirirsiniz?

- ABŞ dövlət katibi Antoni Blinkenlə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasının heç bir əhəmiyyəti yoxdur. ABŞ-də Cozef Bayden Administrasiyasının bitməsinə bir neçə gün qalıb. Bayden gethagetdə, hakimiyyətinin bitməsinə bir neçə gün qalmış belə bir sazişin imzalanmasının taleyi də elə özü kimi olacaq. Bu, əslində Baydenin erməni diasporuna verdiyi sözün nəticəsidir. Əslində Bayden gedərayaq yeni ABŞ Administrasiyası, yəni Donald Tramp üçün problemlər yaratmaq istəyir. Ermənistan hazırda Rusiyanın moderatorluq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Eyni zamanda 1997-ci ildə Rusiya ilə Ermənistan hərbi tərəfdaşlıq haqqında müqavilə imzalanıb. Həmçinin Ermənsitan ərazisində Rusiyaya məxsus (102-ci hərbi baz

a) hərbi baza var. Ona görə də, İrəvanın Avropa İttifaqı ilə əlaqələri genişləndirmək, ABŞ-la tələm-tələsik belə bir xartiyaya imza atması Ermənistan üçün heç nə vəd etmir. Bu sadəcə olaraq Amerika ilə Ermənistan arasında “əlaqələri genişləndiririk, münasibətlər bundan sonra daha yaxşı olacaq” görüntüsü yaratmağa hesablanıb.

- Bölgə dövlətlərinin İrəvanın bu addımına reaksiyası necədir? Hər addımda bölgəyə kənar qüvvələrin gəlməsinə qarşı çıxan İran və Rusiyanın susqunluğuna səbəb nədir?

- İrəvanla Vaşinqton arasında imzalanan bu xartiyadan İran və Rusiya narahat olmalıdır. Çünki bu razılaşma ilk növbədə onlara qarşı yönəlib. Əldə edilən razılaşmanın mahiyəti bunu təsdiqləyir. Ermənistan sərhəddinə Amerika hərbçilərinin göndərilməsi və s amillər var. Ona görə də, bu məsələdə İranın susqunluğu başa düşülən deyil. ABŞ-ın regiona gəlişi Avropa İttifaqının “missiyası” adı altında həmin kəşfiyyat qruplarına qoşulması İran və Rusiya üçün daha çox narahatlıq yaratmalıdır.

- Azərbaycan üçün bu hansı təhdidlər yara bilər? Rəsmi Bakının bundan sonrakı davranışlarında hansı dəyişikliklər gözlənilir?

- Bu kimi təhdidlər Azərbaycan üçün hər hansı təhlükə yarada bilməz. Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması haqqında daha çox düşünmək əvəzinə bu kimi təxribat xarakterli addım atır. Təbii ki, Azərbaycan qətiyyən Ermənistanın belə davranışlarından narahat deyil. Ermənistan müstəqil olmadığına görə, Avropa İttifaqına, Rusiyaya, ABŞ-a tərəf qaçmağa çalışır. Amma hələki özünə stabil himayədar tapa bilməyib. Bütün bunların fonunda Ermənistan silahlanmaya daha çox üstünlük verir. Sözsüz ki, Ermənistanın hərbi müstəvidə Azərbaycanla rəqabət aparmaq imkanları yoxdur. Fakt odur ki, Azərbaycanın hazırkı hərbi büdcəsi 8,4 milyard manatdır. Ermənistanın hərbi büdcəsi isə 1,7 milyard civarındadır.

- Ermənistanın davamlı olaraq silahlandırılması bölgə üçün hansı risklər yaradır?

- Bu gün özünü sülh göyərçini kimi təqdim edən erməni tərəfi digər yandan Amerika ilə hərbi, strateji əməkdaşlıq haqqında müqavilə imzalayır. Ermənistan bununla sülh müqaviləsi ilə manipuliyasiya edir. Azərbaycan Prezidenti yerli televiziyalara müsahibəsində bəyan etdi ki, “əgər Ermənistan sülh müqaviləsi imzalamaq istəmirsə, bu Azərbaycana da lazım deyil”. Sülh müqaviləsini imzalayıb onun da taleyini 10 noyabr 2020-ci ildə (Azərbaycan-Rusiya, Ermənistan arasında imzalanmış bəyanat) imzalanmış bəyannamənin gününə qoyacaqsa, heç imzalamasın. İrəvan bu gün etibarını itirib. Bu ölkə ancaq güc ritorikasını anlayır. Diplomatiya, sülh anlayışı Ermənistan üçün yaddır. Psixoloji olaraq erməni cəmiyyətində bu sindrom var. Məqsədləri silahlanıb yenidən Azərbaycan üçün təhdid yaratmaqdır. Sözsüz ki, Azərbaycan özünə qarşı olan bütün təhdidlərə ən sərt formada cavab verməyə hazırdır və qadirdir. Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan. Azərbaycan məhz bu devizlə addım atır. Ermənistan kimi qonşumuz olduğu müddətdə müharibəyə hazırıq və güclü olmalıyıq. Dəmir yumruq hər zaman yerindədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 16 Yanvar 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri